Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
21:44
1503
Azərbaycanda avtomobil idxalı 2 dəfədən çox artıb

2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan 11 695 nəqliyyat vasitəsi idxal edib. Dövlət Gömrük Komitəsinin hesabatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Hesabata əsasən, ölkəyə idxal olunmuş nəqliyyat vasitələrindən 10 614-ü minik avtomobilləri və motorlu nəqliyyat vasitələridir. Bu göstərici də bir il ərzində 2,2 dəfə artıb.

Hesabat dövründə ölkəyə 974 yük avtomobili (2 dəfə artım), 53 avtobus və 10 və daha çox sərnişin tutumuna malik digər motorlu nəqliyyat vasitələri (2,3 dəfə artım) və 54 xüsusi təyinatlı nəqliyyat vasitəsi (2,2 dəfə artım) idxal olunub.

Bütün növ nəqliyyat vasitələri və ehtiyat hissələrinin idxalının ümumi həcmi 354,9 milyon manat təşkil edib. Bu göstərici Azərbaycanın idxal etdiyi bütün məhsullar arasında 7,8 faiz paya malikdir.

Qeyd edək ki, 2018-ci ildə ölkəyə 28 876 nəqliyyat vasitəsi idxal olunmuşdu.//trend

Məqalədə : avtomobil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağzının dadını bilən ayı - VİDEO

21

Avqust
10:10
MARAQLIDIR
35

Azərbaycan nefti cüzi ucuzlaşıb

21

Avqust
09:55
İQTİSADİYYAT
46

Xarici valyutaların manata qarşı məzənnələri

21

Avqust
09:27
İQTİSADİYYAT
70

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
804

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
831

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1577
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 10:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru