Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
21:15
1846
Nazirlikdən XƏBƏRDARLIQ: Nabrandakı çimərliklər istifadəyə yararsızdır

"Xaçmaz rayonunun Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsızdır". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) bu gün keçirilən mətbuat konfransında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

O bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb:

"Analizlərin nəticələrinə gör, Xaçmaz rayonu Nabran bələdiyyə ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğu üçün çimərlik üçün yararsızdır. Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğu üçün çimərliyə yararlı hesab olunur.

Cənub bölgəsindəki çimərlik ərazilərindən götürülən su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə, Lənkəran və Astara rayonlarının inzibati ərazisinə məxsus çimərliklər istifadəyə yararlıdır".//APA

Məqalədə : Nabran 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1201

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1369

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1820

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1118

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1465

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1200

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1815
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 05:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru