Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
15:02
3074
40 tona yaxın pomidorun geri qaytarılması ilə bağlı - AÇIQLAMA

Azərbaycandan idxal edilən pomidor məhsulunun ölkəyə geri qaytarılması ilə bağlı Rusiyanın aidiyyəti qurumu tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) hər hansı rəsmi məlumat daxil olmayıb.

Bu bardə FaktXəbər-ə məlumatı AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva verib. O bildirib ki, hazırda Agentliyin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülüb və həqiqətə uyğun olub olmadığı araşdırılır. Fakt öz təsdiqini taparsa, Agentlik tərəfindən aidiyyəti tədbirlər görüləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikası və Stavropol Vilayəti üzrə İdarəsi baxış zamanı məhsulda Cənubi Amerika tomat güvəsi aşkar etdiyi üçün 36,5 ton Azərbaycan pomidorunu geri göndərib.

Məqalədə : AQTA pomidor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
207

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
110

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
141

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
173

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
127
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 19:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru