Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 İyun

2019
14:42
604
“Huawei” sanksiyalara görə noutbuklarının tədarükü dayandıracaq

Dünyanın aparıcı elektronika istehsalçılarından olan “Huawei” şirkəti öz brendi ilə noutbukların hazırlanması və buraxılışı üzrə planlara yenidən baxmaq niyyətindədir. Bu barədə “DigiTimes” internet nəşri Çin şirkətinin istehsal tərəfdaşlarındakı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, “Huawei” şirkəti tərəfdaşlara portativ kompüterlər üçün komplektləşdirici hissələrin tədarükünün, eləcə də yeni layihələr üzərində işin müvəqqəti dayandırılmasını bildirən məktub ünvanlayıb. Bununla yanaşı, məktubda tədarükün və işlərin bərpa olunma müddəti qeyd olunmayıb.

Mütəxəssislərin qiymətləndirməsinə görə, şirkətin belə qərar qəbul etməsinin səbəbi ABŞ və Çin arasında olan ticarət mübahisəsi ilə əlaqədardır. Belə ki, ABŞ-ın “Intel”, “Qualcomm” və “Microsoft” şirkətləri ölkənin Ticarət Nazirliyinin “qara siyahı”sına düşən “Huawei” şirkəti ilə əməkdaşlığı dayandırıb. Bu əsas aparat platformaları və proqram təminatı tədarükçülərinin iştirakı olmadan “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən müasir noutbukların istehsalını təşkil etmək qeyri-mümkündür.

Məqalədə : Huawei 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Magistraturaya müsabiqənin nəticələri elan edilib

19

İyun
20:04
ELM / TƏHSİL
1767

Azərbaycan əhalisinin sayı açıqlanıb

19

İyun
18:32
ÖLKƏ
2073

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
225
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 07:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru