Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2019
22:23
1179
Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanacaq

Azərbaycan və Gürcüstan arasında ikitərəfli hərbi əməkdaşlıq planı haqqında sənəd imzalanacaq. Bu barədə məlumat Gürcüstan Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində paylaşılıb. Qeyd olunub ki, sənədin imzalanması Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin iyunun 12-də Qəbələdə keçiriləcək üçtərəfli görüşü çərçivəsində baş tutacaq. Sənədi Azərbaycanın müdafiə naziri Zakir Həsənov və gürcüstanlı həmkarı Levon İzoria imzalayacaq.

Gürcüstanın Müdafiə naziri Levon İzoria Türkiyə milli müdafiə naziri Hulusi Akarla ikitərəfli görüşəcək. Görüşdə Gürcüstan və Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələri haqqında müzakirələrin aparılacağı bildirilir.  

Nazirliyin məlumatında qeyd olunur ki, müdafiə nazirlərinin ikitərəfli görüşlərindən sonra üçtərəfli formatda görüş baş tutacaq və regional təhlükəsizlik məsələləri, həmçinin müdafiə sahəsində əməkdaşlıq əlaqələri müzakirə ediləcək.

Qeyd edək ki,  Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli formatda görüşü 2012-ci ildən etibarən keçirilir. Qəbələdə baş tutacaq görüş nazirlərin sayca 7-ci görüşüdür.

Məqalədə : Azərbaycan Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1722

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1465

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
432

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
201

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1176
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 15:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru