Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2019
14:37
1952
Tədris ilinin müddəti haqda deputatlar arasında fərqli mövqe

Orta məktəblərdə dərs ilin in müddəti ilə bağlı mövzu yenidən aktuallaşıb. Valideynlərin böyük əksəriyyəti social şəbəkələrdə tədrisin 14 iyuna qədər uzadılmasını qəbul etmədiklərini vurğulayır, buna nəhayət son verilməsini istəyirlər.

Əksəriyyət düşünür ki, may ayının sonlarından etibarən məktəblərdə tədris proqramı bitir, o cümlədən isti günlərdə uşaqların məktəbə getməsi çətinləşir, davamiyyət aşağı düşür.

Bu səbəbdən də məktəblərin əvvəlki sistemlə - senytabrın 15-dən may ayının 31-nə kimi olmasını istəyirlər.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibəyli isə əksinə, dərslərin iyun ayının 14-də bitməsinin olduqca normal hal olduğunu vurğulayır. Mövzu barədə danışan deputat bildirib:

“Hazırda cəmiyyətdə belə fikir formalaşıb ki, tədris proqramlarında çox ağırlıq var, bu da şagirdlərin dərsləri qavramasında çətinlik yaradır. Amma mənim fikrimcə, şagirdlərin dərsləri qavramasındakı çətinliyi tədris müddətinin azlığı ilə əlaqədardır. Əgər məktəblərdə tədris prosesi normal qurularsa, ayrı-ayrı fənlərin tədrisi iyun ayının 14-nə kimi davam etməlidir. Bu isə şagirdlərin dərsləri daha asan qavramasına, təkamül əsasında başa çatmasına kömək edər. 

İkincisi isə tətil günləri ilə bağlı demək istəyirəm ki, 3 ay tətil müddəti var. Bunu bir xeyli də uzatmaq fikrimcə, şagirdlərin hafizəsində sinifdən-sinifə keçmə prossesində çətinlik yaradır. Düşünürəm ki, 3 aylıq məzuniyyət şagirdlər üçün yetəri qədər çoxdur, buna 15 gün də əlavə etmək mənasızdı. 

Dərslərin iyunda bitməsindən narazı qalan valideynlər ayrı-ayrı fənn proqramlarının bağlanmasından və təkrar dərslərin keçilməsindən şikayət edirlər. Bu, dərslərin iyunda bitməsi ilə deyil, bəzi məktəblərdə dərs proqramlarının düzgün qurulmaması ilə əlaqədardır”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva isə həmkarından fərqli olaraq tədris ilinin mayın 25-də bitməsinin tərəfdarıdır:

“Mən əslində tədris ilinin senytabrın 1-dən başlanıb, may ayının 25-də bitməsinin tərəfdarlarındanam. Tədris proqramlarının erkən bağlanmasına gəlincə, demək istəyirəm ki, biz oxuduğumuz illərdə də may ayının 10-na kimi artıq kitablar yığılırdı, proqramlar bağlanırdı. Kitablar yığılandan sonra biz imtahana hazırlaşır, müzakirələr aparırdıq. Bundan əlavə, müəllimlərimiz yay üçün bizə kitablar məsləhət görürdü. Biz hətta yayda kitab oxuyub, onların annotasiyasını yazırdıq. Amma onu da düşünürəm ki, bu məsələni bu qədər şişirtməyin, “qlobal problem”ə çevirməyin də adı yoxdur”. (modern.az)

Məqalədə : tədris 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
297

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
166

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
188

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
215

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
261

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
201
Mövzu üzrə xəbərlər
Şərhlər
Terane Camal tərəfindən 12-06-2019 15:19:19 tarixində yazıldı
salam
Görəsən nə vaxt olmuyan ağıllarına gələcək ki,qərarı həyatı müzakirəyə qoyulan körpələr və məktəb verməlidi ,kondisionerli zallarda oturub hökm verənlər deyil.Təhsildən xəbəri olmayanlar ,təpəsinnən qızmar vünəş döyə döyə ,kürəyində 10 kiloluq çanta nəfəsi kəsilə kəsilə sürünən körpələrin həyatını həll edir.Görəsən İsa Hebibəyli bircə gün piyada məmtəbə gəçib gedibmi piyada?
Айнур Шахинли tərəfindən 12-06-2019 15:21:39 tarixində yazıldı
12
Orda birdenede olsun ziyali yoxdu
Xanaga Rehmetov tərəfindən 12-06-2019 15:22:10 tarixində yazıldı
Salam
Yaxşı olardı ki , ziyalıların( məktəbin) fikrinə əsasən orta məxrəcə gəlinsin.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 04:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru