Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2019
13:54
1801
ABŞ-ın `iranlı aktivist` kimi tanıtdığı jurnalist SAXTA çıxdı

ABŞ-ın İranlı aktivist kimi tanıtdığı və bəzi məşhur nəşrlərdə yazıları yayımlanan "Heşmat Ələvi" fake bir xaraktermiş. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə The Intercept məlumat yayıb.

Bildirilir ki, "aktivist" kimi Forbes, The Hill, The Daily Caller, Səudiyyə Ərəbistanının "Əl-Arabiya" (ingilis bölməsində) rəsmi Tehrana qarşı məqalələr yazan "Heşmat Ələvi" əslində jurnalist deyilmiş və profil iranlı müxalif Mücahidin əl-Halk (MEK) qrupu tərəfindən yönəldilirmiş.

Qeyd edilir ki, bu "aktivistin" sadəcə "Forbes" jurnalında 1 il içində 61 məqaləsi çap olunub və mövzular da əsasən Vaşinqtonun İranda hakimiyyət dəyişikliyinə təşviq ilə bağlı olub. Bundan başqa MEK-in məqalələrində hökumətdə nəzarəti özlərinə və qrup liderləri Məryəm Ravagiyə təslim edilməsi barədə istəkləri də diqqət çəkib.

Nəşrin MEK-dəki bir üzvə istinadla yayımladığı məlumatına görə, rəsmi Vaşinqton İranla nüvə sazişindən çıxmasına səbəb kimi bu məqalələri dəlil olaraq istifadə edib. Belə ki, “Washington Post”-un sualını cavablandırarkən, ABŞ prezidenti sözügedən "aktivistin" məqalələrindəki "İranla nüvə sazişinin Tehranın hərbi büdcəsini artırdığı" iddiasını əsas gətirmişdi.

Nəşr bildirir ki, İran hökumətini devirmək və siyasi bir güc əldə etmək üçün lobbiçilik fəaliyyəti apararaq məqalələr yayımlayan MEK 2012-ci ilə kimi ABŞ Dövlət Departamenti tərəfindən terror təşkilatı kimi tanınırdı. 

Məqalələrdən əlavə sosial mediada, xüsusən “Tvitter” və “Facebook”da fəallıq edən qrup çoxsaylı izləyiciləri ilə İran hökumətinə qarşı paylaşımlar edirdi. 

Qeyd edək ki, “The Intercept”də yayımlanan məqalədən sonra Tvitterdə “Heşmat Ələvi” profili bağlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

21

Avqust
09:27
İQTİSADİYYAT
58

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
793

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
827

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1571

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
236

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1821

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
861
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 09:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru