Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2019
12:07
`Bakı Metropoliteni` yeni qatarların üstünlüklərini açıqlayıb

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” zavodundan aldığı 2 yeni qatarın bir sıra üstünlükləri var.

Bu barədə metronun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, qatarı formalaşdıran 5 vaqonun hər birinin ayrıca mühərriki var: “Adətən metro qatarlarında 2 mühərrik olur ki, onlar da baş vaqonlara quraşdırılır. Amma metronun yolları enişli-yoxuşlu olduğu üçün sifarişimizlə hər vaqona mühərrik qoyulub”.

Bundan başqa, B.Məmmədov deyib ki, yeni qatarlarda kondisioner sisteminə xüsusi diqqət yetirilib: “Tələbimizə uyğun olaraq, vaqonlardakı kondisionerlər mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Bu isə onlardan daima istifadə etməyə imkan verir. Bu kondisionerlər vaqonlarda havanı avtomatik tənzimləyə biləcək".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
182

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
368
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 19:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru