Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2019
10:15
637
Azərbaycan mayda neft hasilatı ilə bağlı öhdəliyini tam yerinə yetirib

Respublikada may ayı üzrə gündəlik neft hasilatı 776 min barel olub.

Energetika Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, bunun 699 min barelini xam neft, 77 min barelini kondensat təşkil edib. Gündəlik 494 min barel xam neft, 75 min barel kondensat, 14 min barel isə neft məhsulları ixrac edilib.

Gündəlik neft hasilatının 776 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 20 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, cari ilin yanvar-may aylarında orta gündəlik neft hasilatı 771,2 min barrel təşkil edib.

Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısı üçün nəzərdə tutulub.

Məqalədə : Azərbaycan neft hasilatı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
216

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
942

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
158

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
312

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
182

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
234
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 03:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru