Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2019
10:14
4577
`Huawei` `Android`i Rusiya sistemi ilə əvəzləyə bilər

"Android"  əməliyyat sisteminin güncəlləməsini itirən Çinin Huawei şirkəti Rusiyanın "Avrora" mobil əməliyyat sisteminə keçə bilər. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə The Bell öz mənbələrinə istinadla xəbər verib.

Finlandiyanın "Sailfish" kompaniyasının bazasında hazırlanan "Avrora" "Rostelekom"a və rusiyalı biznesimen Qriqori Berezkinə məxsusdur.

Bildirilir ki, Peterburq Beynəlxalq İqtisadi Forumda "Huawei"nin  icraçı direktoru Qo Pin Rusiyanın Rəqəmsal İnkişaf və Rabitə naziri Konstantin Noskovla Çin smartfonlarının bu əməliyyat sisteminə keçməsini müzakirə edib.

Daha bir mənbə iddia edir ki, bu məsələ  Rusiya prezidenti Vladimir Putinin ÇXR sədri Si Tszinpinlə görüşündə də müzakirə olunub.

Bundan başqa bildirilir ki, Çin artıq "Avrora" quraşdırılmış qurğuların sınağına başlayıb.

Daha bir müzakirə mövzusu isə Rusiyada "Huawei" qurğularının bir hissəsinin Rusiyada istehsalı olub.

Qeyd edək ki, "Rostelekom"un mətbuat xidmətindən bildiriblər ki, danışıqlar barədə xəbərləri yoxdur.

Məqalədə : Huawei 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Volk Qədir”i də tutdular - FOTO

17

Oktyabr
12:50
HÜQUQ,HADİSƏ
77

Bu rayonlarda qaz olmayacaq

17

Oktyabr
12:48
ÖLKƏ
15

SOCAR yeni istiqrazlar buraxacaq

17

Oktyabr
11:19
İQTİSADİYYAT
35

Heç bir infeksiya ana südü ilə uşağa keçə bilməz

17

Oktyabr
11:07
AİLƏ, SAĞLAMLIQ
31

Ərbəin ziyarəti möminlik nişanəsidir

17

Oktyabr
10:09
MƏNƏVİYYAT
178
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 13:14



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru