Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 İyun

2019
10:10
3276
Sənədsiz evlərə `kupça` verilməsi ilə bağlı işlər yekunlaşır

Azərbaycanda sənədsiz evlər məsələsi uzun illərdir müzakirə mövzusudur. Artıq sənədi olmayan tikililərin sənədləşdirilməsi üçün ciddi işlər görülməyə başlayıb. Bununla bağlı komissiya da yaradılıb.

Bu barədə hələ cari ilin mayında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov məlumat vermişdi. Sitat: “Cənab Prezident məni şəxsən çağırıb və yerlərdə mütəmadi görüşlər keçirməyi tapşırıb. 10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən sənəd hazırlanır. Əminəm ki, sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq”.

Qeyd edək ki, 90-cı illərdən indiyədək Bakı və Abşeronda sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı bəzi məlumatlara görə, 700 mindən yuxarıdır. Bundan əlavə, Bakı kəndlərində sovet dövründən tikilmiş evlərin çoxunun da “kupça”sı yoxdur.

BŞİH-in mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov bu il işlərin yekunlaşacağını deyir: “İşlər davam edir. Yekun nəticə hələ ki məlum deyil. Ortada meyarlar var. Hansılar qeydə alınacaq, hansılar yox, müəyyənləşməlidir. Bu baxımdan dəqiq məlumat verə bilmirəm. Komissiyanın, qurumların işləri ilə bağlı hansı məlumat olacaqsa, sizlərə çatdırılacaq. Sentyabra qədər komissiyanın işlərinin yekunlaşacağı gözlənilir. İşlər həddindən artıq çoxdur. Orada Neft Şirkətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri var. Çoxmərtəbəli tikililərlə bağlı böyük işlər gedir. Fərdi yaşayış evləri ilə bağlı işlər çoxdur. Çünki bu tipli evlərin sayı həddindən artıqdır, eyni zamanda parametrlər mövcuddur. Ona görə işlər uzanır. Yüksək gərginlikli elektrik xətləri altında tikilən evlər var. Həmçinin kommunikasiya xətlərinin üstündə tikilən evlər də mövcuddur. Neft kəmərləri zonasında da evlər tikilib. Suallar çoxdur. İşlər bitəndən sonra bu sualların cavabları tapılacaq. Birbaşa Neft Şirkətinin inzibati ərazisinə düşən evlər də var. Bütün bunlara görə araşdırmalar çox vaxt aparır. İlkin nəticələr olanda məlumat verəcəyik”. ("Yeni Müsavat")

Məqalədə : Sənədsiz ev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
288

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
191

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
221

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
256

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
287

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
277

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
850

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
654
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 07:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru