Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2019
12:27
8068
Dietoloqlar ən faydalı səhər yeməyinin adını açıqladılar

Rusiyada «Sağlam Qidalanma» Milli Araşdırma Mərkəzinin  nümayəndələri  orqanizmə maksimum faydalı olan səhər yeməklərinin siyahısını təqdim ediblər. FaktXeber.com-un verdiyi məlumata görə, elm adamlarının fikrincə səhər yeməyi üçün ən faydalı qida yulaf əzməsidir. Onların sözlərinə görə bu məhsulun sıyığı beta qlükenlə zəngindir. Bu isə immun sisteminin işini gücləndirir, dəriyə parlaqlıq verir və gəncləşdirici effekt yaradır.

Elm adamları yulaf əzməsindən maksimum fayda əldə etmək üçün onu suda şəkərsiz halda bişirməyi tövsiyə edirlər. Həmçinin minimum mexaniki işlənməyə məruz qalmış məhsul alınmalıdır.

Bundan başqa qarabaşaq və düyü də vitamin mənbəyi hesab edilir. 

Meyvələr ən faydalı səhər yeməyi siyahısında ikinci yerdədir. Bu məhsullar orqanizmi  lif, maqnezium, kalium və vitaminlərlə təmin edir. Giləmeyvələr  maddələr mübadiləsini normallaşdırır, bu isə artıq çəkidən qurtulmağa imkan verir. Lakin mütəxəssislər yemiş və bananı  səhər yeməyindən çıxarmağı tövsiyə edirlər. Bunun yerinə alma və armud istifadə etmək məsləhət görülür.

Züllallı səhər yeməyi də orqanizmə çox faydalıdır. Toyuq yumurtası, balıq, mərci və paxlalırlar  orqanizmi maksimum şəkildə enerji ilə təmin edir. Bu məhsullar  orqanizmdə əzələləri möhkəmlədir və mübadilə fuknksiyasını yaxşılaşdırır.

Dietoloqlar onu da vurğulayıblar ki, hər şeydə olduğu kimi bu məhsulların da istifadəsində norma gözlənilməlidir, yoxsa səhhətə zərər vura bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
132

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
529

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
77

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
44

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
50
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2019 04:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru