Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2019
14:05
2041
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 23 faiz artıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu ilin birinci rübündə 23 faiz artıb.

Bunu İqtisadiyyat naziri Şahin Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində keçirilmiş tədbir zamanı deyib.

O bildirib ki, iki ölkə arasında artım üçün böyük potensial mövcuddur. Nazirin sözlərinə görə, Azərbaycan tərəfi kənd təsərrüfatı məhsullarının Rusiya bazarına razılaşdırılmış müddətdə çatdırılması üçün istehsal, emal, logistikanı təmin etməyə və rusiyalı tərəfdaşları ilə birgə zəruri işləri görməyə hazırdır.

Ş.Mustafayev daha sonra Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq barədə danışaraq “Şimal-Cənub” marşrutunu xüsusi qeyd edib:

“Şimal-Cənub” nəqliyyat dəhlizi artıq işləyir. Rusiyadan yüklər Azərbaycan vasitəsilə İrana və geriyə daşınır. Ötən il bu marşrut üzrə yük dövriyyəsi 8 dəfədən çox artıb. Bu ilin birinci rübündə isə yük dövriyyəsi təxminən 2 dəfə artıb. Hesab edirik ki, bu sahədə daha çox potensialımız var”.(Trend)

Məqalədə : Azərbaycan Rusiya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
94

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
105

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
91

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
83

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
139

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
178

"Kedicik kralı"nın məhkəməsi başlayır

17

Sentyabr
16:23
DÜNYA
144

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
147

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
168
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-09-2019 23:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru