Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2019
10:21
2218
Canlı heyvanların ölkəyə gətirilməsi ilə bağlı qərara dəyişiklik edildi

Azərbaycanda canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən məlumatlar artıq baytarlıq xidməti orqanlarına deyil, Qida Təhlükəsizliyi Agentliyinə veriləcək.

Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabinetinin “Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişiklik edilib.

Bu dəyişikliyə əsasən, canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriləcək.

İndiyədək isə bu barədə qərar baytarlıq xidməti orqanlarına verilirdi.

NK “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”a da dəyişiklik edib.

Qərarın indiyədək qüvvədə olan variantına əsasən, qeyd edilən mallara Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin verdiyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr daxil olub.

Qərara edilən yeni dəyişikliklərə görə, Dövlət Baytarlıq Xidmətinin bəzi səlahiyyətləri Qida Təhlükəsizliyi Agentliyinə verilib.

Qərara edilən yeni dəyişiklikliyə əsasən, “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”a Qida Təhlükəsizliyi Agentliyinin idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr daxil edilib.

Məqalədə : heyvan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1201

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1369

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1820

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1117

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1465

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1199

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1815
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 04:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru