Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2019
17:33
1050
Bakı Şəhər İcra Hakimiyyəti Şahbaz Xuduoğluna cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Qanun” Nəşriyyatının sahibi Şahbaz Xuduoğlunun kitab satışına qadağa qoyulması ilə bağlı iddiasına münasibət bildirib. BŞİH-in Mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov “Report”a açıqlamasında deyib ki, şəhər rəhbərliyinin kitab satışına qadağa qoyması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Ş.Xuduoğlu Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Ticarət və Xidmət Departamentinə müraciət edərək “Gənclik” metrostansiyasının çıxışında kitab yarmarkası keçirmək istədiyini bildirib: “Departamentdən Şahbaz Xuduoğluna rəsmi olaraq bildirilib ki, həmin ərazi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin nəzarətindədir, razılıq üçün həmin quruma müraciət edilməlidir. Belə olan halda, Bakı Şəhər İcra Hakimiyyətini ittiham etmək doğru deyil”.

İ.Kərimov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kitaba böyük marağı var, hər zaman kitabın təbliğatına üstünlük verib: “O, özü də bir neçə kitabın müəllifidir. Eldar Əzizov Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman həmin ərazilərdə dəfələrlə kitab yarmarkaları təşkil edib. Eldar Əzizov Səbail Rayon İcra Hakimiyyətinin başçısı olan zaman “Sahil bağı”nda böyük kitab yarmarkası təşkil edilmişdi. Həmin yarmarkada Şahbaz Xuduoğlu da iştirak edib. İndi isə Şahbaz Xuduoğlunun bu cür mövqedən çıxış etməsi təəssüf doğurur”.

Qeyd edək ki, Ş.Xuduoğlu sosial şəbəkədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kitab satışına qadağa qoyduğunu yazıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Baş Polis İdarəsinin əməkdaşı özünü asdı

19

İyun
16:08
HÜQUQ,HADİSƏ
103

Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb

19

İyun
15:35
İQTİSADİYYAT
49

Bakı Neft Maşınqayırma Zavodu özəlləşdirilib

19

İyun
15:02
İQTİSADİYYAT
2108
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 19:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru