Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyun

2019
17:22
Azərbaycanda bu məhkəmələrin adı dəyişdirilir

Azərbaycanda mövcud olan yeddi inzibati-iqtisadi məhkəmənin hamısı bundan sonra inzibati məhkəmə adlandırılacaq. Bu, ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən, yeni - kommersiya məhkəmələrinin yaradılması ilə birbaşa bağlıdır.

Bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Məhkəmələr və hakimlər haqqında” qanuna edilməsi nəzərdə tutulan dəyişiklikləri şərh edərkən bildirib.

Qeyd edək ki, adıçəkilən qanuna edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi inzibati məhkəmələr adlandırılacaq.

Yəni təklif edilən dəyişikliklə mövcud qanunun 42-ci maddəsinin (İnzibati-iqtisadi məhkəmə) adından və bəndlərindən “İqtisadi” sözü çıxarılır.

M. İbrahimqızı onu da bildirib ki, “İqtisadi” sözü məhdud mənanı ifadə edir.

“Amma “İnzibati” sözü daha geniş anlamı, mənanı özündə birləşdirir. Həm də dünya təcrübəsində belədir, yəni “İnzibati” məhkəmələr məfhumundan istifadə olunur.

Odur ki, bizdə də məhz dünya təcrübəsinə uyğun olaraq, “İnzibati” məhkəmələr məfhumundan, sözündən istifadə olunması məqsədəuyğun sayılıb. Bu, təkcə söz dəyişikliyi deyil, həm də mahiyyət dəyişikliyidir.

Hesab edirəm ki, bu, həmin məhkəmələrin fəaliyyətində yeni bir mərhələ təşkil edəcək. Elə ölkədə aparılan məhkəmə-hüquq islahatlarında da məqsəd budur”, - deyə komitə sədrinin müavini əlavə edib.

Məqalədə : məhkəmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
15337

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
13977

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
15416

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
15029

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
20357

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
14909

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
15028
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-08-2020 06:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru