Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
13:48
4094
Gənc qalmaq istəyən xanımların nəzərinə: 40 yaşdan sonra bunları yeyin

Böyük Britaniyada dietoloqlar xanımların gənc qalması, menapauza dövrünü rahat keçirmək və özlərini ürək-damar xəstəliklərindən qoruması üçün bir sıra məsləhətlər veriblər. FaktXeber.com Daily Mail-ə istinadla həmin tövsiyələri təqdim edir.

Dietoloq  Ameliya Frir yağsızlaşdırılmış məhsulların istifadəsini minimuma çatdırmağı tövsiyə edir, çünki  onların tərkibində lazımsız stabilizatorlar, emulqatorlar və dadvericilər var.

Bundan başqa Frir şirin meyvələri çox yeməməyi tövsiyə edir, çünki qanda şəkəri qaldırır. Üzümdən məsələn, tamam imtina etmək olar. Gün ərzində bir neçə turş alma isə faydalıdır.

Onlardan da axşam saat 6-ya kimi istifadə tövsiyə olunur.

Qidalanma üzrə ekspert Ceklin Kolduell-Kollinz  qadınlara səhərlər meyvə-tərəvəz, gün ərzində isə lif və probiotiklərlə zəngin fermentləşdirilmiş məhsullar – məsələn, kələm tutması, kimçi və ya qatıq yeməyi məsləhət görür.

Dietoloq  Ceyn Klark da yağlı məhsullardan imtinanı məsləhət görmür. Onların arasında ən faydalı olanı isə balıq yağı, fındıq, qoz, avakado, kətan və zeytun yağıdır. Bundan başqa o, qəhvə içməyi də tövsiyə edib. Əsas olan isə həddi aşmamaqdır.

Həkim-dietoloq  Meqan Rossi  hesab edir ki, rasionda hökmən  mürəkkəb karbohidratlar  olmalıdır, yoxsa mədə-bağırsağın işində pozuntular olar. Bundan başqa bitki mənşəli 30 müxtəlif məhsulun adını çəkərək həftə ərzində qəbul etməyi tövsiyf edib. Onun sözlərinə görə, beləliklə yemək rəngarəng və balanslaşdırılmış olar.

Məqalədə : pəhriz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
72

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
925

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
144

Turistlərə Xınalıqla bağlı xoş xəbər

16

Avqust
14:51
İQTİSADİYYAT
300
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-08-2019 16:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru