Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
12:29
4656
Azərbaycanlı uşaqlar ən çox əyləncəli multimedianı seçir

“Kaspersky Lab” şirkəti 2019-cu ilin ilk dörd ayı ərzində azərbaycanlı uşaqların ən çox ziyarət etdiyi saytları təhlil edib və belə bir nəticəyə gəlib ki, azyaşlılar ən çox əyləncəli multimedianı seçir. Anonim tərtib olunmuş statistikaya görə, ziyarətlərin demək olar ki, yarısı məhz bu istifadəçilərin payına düşür (44%). İnternet-kommunikasiya resurslarına giriş 31% göstərici ilə ikinci pillədədir. Üçüncü yerdə isə cəmi 6%-lə kompüter oyunları olan saytlar qərarlaşıb.

Azərbaycanın azyaşlı istifadəçilərinin digər resurslara marağı nisbətən azdır. Belə ki, 2019-cu ilin yanvar-aprel aylarında uşaqların şəbəkə fəallığının təxminən 5%-i xəbər saytlarının, 4%-i onlayn alış-veriş saytlarının, 1%-i isə böyüklər üçün nəzərdə tutulmuş resursların (qumar, spirtli içkilər, silah, narkotik maddələr, zorakılıq və s) payına düşür. Pornoqrafik saytlara giriş isə nisbətən yüksəkdir - 2%.

Son 12 ay ərzində, yəni 2018-ci ilin may ayından 2019-cu ilin may ayına qədər MDB ərazisində uşaqlar rusdilli sosial şəbəkələr arasında əsasən “Vkontakte”, “Instagram”, “Skype” proqramlarına, ingilis dilli şəbəkələr arasında isə “Facebook”, “Twitter” və “Pinterest” proqramlarına axtarış veriblər. Multimediya resursları arasında lider “YouTube” kanalı olaraq qalır, həmçinin “Spotify” və “Netflix” resursları da uşaqlar tərəfindən fəal istifadə olunur.

Filmlər və seriallar arasında axtarış sətirində əsasən “Taxt-tac oyunları”, “Qisasçılar”, “O”, “Riverdeyl”, cizgi filmləri arasında “Smeşariki”, “Qrafiti Folz”, “Əjdahanı necə əhilləşdirmək-3” axtarışa verilib. İngilis dilində musiqi axtarışlarında lider mügənni Billi Aylişdir.

Uşaqlar elektron ticarət portallarından ən çox “AliExpress”, “Avito”, “Ozon”, “Yula”dan, ingilis dilində isə həmçinin “Amazon” və “eBay”dan istifadə edib. “Minecraft”, “Tanklar Online”, “Roblox” və “Fortnite” isə azyaşlıların ən sevimli oyunları olaraq qalır.

“Müşahidələrimiz göstərir ki, oyunlar və sosial şəbəkələr aktiv şəkildə mobil platformalara keçir. “TikTok” servisi məşhurlaşır, uşaqlar virtual ünsiyyəti məhdudlaşdırmamaq üçün kompüterdən deyil, mobil qurğulardan istifadəyə üstünlük verirlər. Lakin, film seyr etmək və musiqi dinləmək onlar üçün böyük ekran və daha dəqiq görüntüyə görə stasionar kompüterlərdə daha rahatdır”, - deyə “Kaspersky Lab” şirkətinin kontent təhlili şöbəsinin rəhbəri Konstantin İqnatyev bildirib.

Uşaqları internet təhlükələrindən qorumağa “Kaspersky Safe Kids” həlli yardım edir. “Kaspersky Lab”ın bu məhsulu bir çox aktual kibertəhlükələri tapır və məhdudlaşdırır. Bundan başqa, bu həll vasitəsi ilə valideynlər uşaqlarının sosial şəbəkələrdəki hərəkətlərindən, dost siyahısındakı dəyişikliklərdən, eləcə də real vaxt rejimində uşaqlarının yerini öyrənə bilərlər.

Məqalədə : Kaspersky Lab 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Pakistan prezidenti Bakıya səfər edəcək

21

Oktyabr
19:58
SİYASƏT
30

Hansı oyun, hansı kanalda?

21

Oktyabr
15:58
İDMAN
56

Mingəçevirdə yeni doğulan körpə ölüb

21

Oktyabr
15:18
HÜQUQ,HADİSƏ
47

Yol vergisindən toplanacaq vəsait artacaq

21

Oktyabr
14:20
NƏQLİYYAT
59

Sabahın hava proqnozu açıqlanıb

21

Oktyabr
14:17
ÖLKƏ
54
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-10-2019 04:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru