Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyun

2019
12:15
1645
Ayın əvvəlində deyilməli olan sözü niyə axırda dedik?

Emil Rahiloğlu / ilahiyyatçı


Artıq mübarək Ramazan ayının son saatlarını yaşamaqdayıq. Ayın sonu ilə bağlı məsumlarımızdan nəql olunan duada deyilir: "İlahi, əgər bu mübarək ayda bu saata kimi məni bağışlamamısansa (və ya bağışlanmağa layiq olmamışamsa) Səni and verirəm kərəminə xatir növbəti ayın günəşi çıxmamış məni bağışla."

Mübarək ramazan ayının təsiri ilə əlaqədar zehnə gələn mövzulardan ən önəmlisi əxlaqi keyfiyyətlərin yüksəlməsi ilə yanaşı günahların bağışlanmasıdır. Yuxarıda qeyd olunan duanın sətirlərindən də məhz günahların bağışlanmasından söhbət açılır. Təbii ki, insanın il boyunca etdiyi günahları bir ayda yalnız əl açıb dua etməklə bağışlatması mümkün deyil. Bildiyimiz kimi bütün maddi və mənəvi xətaların bağışlanması üçün xəta edənin ilk növbədə peşman olması zəruri hesab olunur. Xəta sahibi tutduğu işdən peşman olmayınca, kimsə onun xətasından keçməsinə hazır deyil. Günahlar da belədir. İnsan günahlarının bağışlanmasını istəməzdən öncə etdiklərindən peşman olmalı və bir daha bu günaha tərəf qayıtmayacağına söz verməlidir. Yəni duanın qəbul olması üçün dua ilə yanaşı mütləq günahlardan çəkinməli və bu yolda addımlar atmalıdır. 

Mübarək ramazan ayının gündəlik hamı tərəfindən oxunan duasında deyilir: “Allahummə ğəyyir suə halina bi hüsni halik". (İlahi, bizim pis və bəyənilməyən xasiyyətimizi öz gözəl xüsusiyyətlərinlə dəyişdir.) Yəni İlahi, bu ayda bizə əxlaqi keyfiyyətlərimizi yüksəltməyimizə kömək ol və bizi bu işdə müvəffəq et. Təbii ki, insan ilk olaraq özünü dəyişməyə, pis xüsusiyyətləri kənara qoymaqla yanaşı yaxşı xüsusiyyətləri inkişaf etdirməyə səy göstərməyincə kimsə onu dəyişməyəcəkdir. Fərz edək ki, bir nəfər 30 il oruc tutur və bu duanı oxuyur, amma eyni xasiyyətdə qalır. Bu, onun 30 il Ramazan ayı boyunca yalnız aclıq və susuzluğun çətinliyini dadması ilə nəticələnməsinin göstəricisidir. Budur ki, İmam Səccad (ə) hər il Ramazan ayının ilk hilalını gördükdə belə bir dua edərdi: “İlahi, bu ayın orucu sayəsində bizə bədənimizi günahdan amanda saxlamaq və Sənin razılığını qazanmağımız üçün kömək ol! Kömək ol ki, qulaqlarımızı lazımsız sözləri eşitməkdən, gözümüzü günaha baxmaqdan və əlimizi harama uzatmaqdan, ayaqlarımızı haram məclislərə getməkdən, qarnımızı haram yeməklərlə doyurmaqdan və dilimizi qadağan etdiyin sözlərdən (qeybət, böhtan, yalan və sair) saxlayaq!”

İmamın bu duanı mübarək ayda etməsinə baxmayaraq, duanın sözləri hər bir insanın illik yaşam tərzi üçün zəruridir. Amma bu mənəvi proqramı başlamaq üçün mübarək Ramazan ayı daha əlverişlidir. Çünki bu ayda insanların günahlarının bağışlanması fürsəti daha çox, günahdan uzaqlaşmaq şəraiti daha asandır. Ola bilsin ki, oxucunun zehninə belə bir düşüncə gələ bilər: "Axı bu, ayın əvvəlində deyilməli idi." Amma biz bunları ayın sonunda deməyi lazım bildik. Çünki adəm övladı olaraq son dəqiqələrdən daha çox faydalanmağı və əldən verməməyi daha yaxşı bacarırıq. Budur ki, nə qədər rəhmət qapıları bağlanmayıb, bu fürsətdən layiqincə yararlanaq və Allahdan bağışlanmaq istəyərək yeni bir aya qədəm qoyaq.

Bayramınız bərəkətli və səadət dolu olsun!

Məqalədə : Ramazan ayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1706

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1011

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2154

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2803

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
125

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
826

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4171

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
103
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 01:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru