Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
17:59
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

FaktXəbər-in məlumatına görə, təbrikdə bəşər övladını xeyirxahlığa, birliyə, mənəvi kamilliyə dəvət edən, öz mahiyyəti ilə insanların ruhunu təzələyən Ramazan ayının dünya müsəlmanlarının ən əziz ayı olduğu bildirilir. Qeyd edilir ki, oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşadan Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs Qurani-Kərimin nazil olması ilə əlamətdardır. Ramazan bayramı günlərində mömin vətəndaşlarımız Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi zənginliyin üstünlüyünü yaşamaq fürsəti qazanırlar.

Vurğulanır ki, Azərbaycan İslam sivilizasiyasının tərkib hissəsi kimi bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib, böyük alimlər və mütəfəkkirlər yetişdirib. İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb.

Təbrikdə qeyd edilir ki, bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. “İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Bir daha hər birinizi və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi və bərəkət arzulayıram”, - deyə dövlət başçısı bildirir.

Məqalədə : Prezident İlham Əliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının 9-cu gününün duası - AUDİO

21

Aprel
20:28
MƏNƏVİYYAT
150

İraqda İŞİD-çilər yaxalanıb

21

Aprel
16:15
DÜNYA
260

DİN-də yeni TƏYİNAT

21

Aprel
13:59
HÜQUQ,HADİSƏ
273

Azərbaycanda nazir koronavirusa yoluxub

21

Aprel
13:24
ÖLKƏ
255

Sabahın hava proqnozu açıqlandı

21

Aprel
13:10
ÖLKƏ
250

Daha bir marşrut xətti "BakıKart"a keçdi

21

Aprel
12:27
NƏQLİYYAT
240

Ramazan ayının bəzəyi: HİL

21

Aprel
12:00
MƏNƏVİYYAT
260

İran Vyanadakı iclasda şərt qoydu

21

Aprel
11:15
DÜNYA
213
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-04-2021 06:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru