Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
14:47
1284
Azərbaycanda may ayında körpələrə 28 yeni ad qoyulub

Bu ilin may ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən ötən ay üzrə daxil olan adlar arasında 28-i yenidir.

Onun sözlərinə görə, may ayı ərzində körpələrə qoyulan adlar sırasında Küşbar, Zeydpəriz, Pərvan, Bəxtişəm, Sucür, Mevriyə, Mətinər, Suel, Lahiqə, Qütbi, Köksal, Kübran, Yasəb, Üzəl, Miladi və s. adlar var. 

S.Sadıqova bildirib ki, yeni adlarla bağlı müraciətlərin hamısına müsbət cavab verilib.

Qeyd edək ki, bu ilin may ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 70 müraciətə baxılıb.

Məqalədə : körpələr 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
165

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
308

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
937

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
203

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
224

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
332

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
242

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
276

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
220
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 03:12



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru