Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
12:49
578
İnsanı xoşbəxt edən xüsusiyyət

Fitr bayramı ibadət bayramı, bağışlanma bayramıdır. Bu, mömin müsəlman üçün qısa bir hesab mövsümünün sonudur. Hansı ki, bu hesabatla özündə yaxşı xüsusiyyətləri gücləndirmək, özünü islah etmək və il boyu, ömür boyu ondan faydalanmaq istəyir. Ramazan ayında bu ilahi və şəri hesab, bu nəfsini saxlamaq, aclığa, susuzluğa dözmək, nəfsani meyllərlə, ehtiraslarla mübarizə insanda yaxşı xüsusiyyətlərin güclənməsinə səbəb olur. Bəşər əslində həmin xislətlər, xüsusiyyətlər toplusundan ibarətdir. Sifətləri, nəfsani və ruhi xüsusiyyətləri yaxşı sifətlərdirsə, bu dünyadan əli dolu gedirlər. İbadət, ilahi təqva və insanın öhdəsində olan digər vəzifələr nəticə etibarı ilə insanın özünü yaxşı xüsusiyyətlər toplusu ilə nurlandıra bilməsidir. Özünü həqiqi insan kimi formalaşdıra, Uca Yaradana bənzərlik tapa bilməsidir. Mübarək ramazan ayının bərəkəti ilə nəfsani meyllərlə mübarizə gücü əldə edən insan böyük uğur qazanır və o bunu qorumalıdır. Şəhvətpərəstliyə adət edən, nəfsani ehtiraslara müsbət cavab verməyə adət edən insan bu ayda sözügedən adətlərə qələbə çala bilir. Bunu özü üçün qorumalıdır. Bəşəriyyətin bütün bədbəxtlikləri nəfsani istəklərdən törəyir. Bütün zülmlər, bütün hiylələr, bütün namərdliklər, ədalətsizliklər, bütün zülmkarcasına aparılan döyüşlər, bütün adil olmayan hökumətlər, xalqlar arasında təslimçilik və zülmü qəbul etmək hamısı nəfsani meyllərə, ehtiraslara müti olmaqdan doğur. Əgər insan özündə nəfs istəklərinə qələbə çalmaq gücü tapa bilirsə, xilas olmuşdur. Ramazan ayı sizdə bunu formalaşdırır. Fitr bayramı hesablaşmaq üçündür. Allahın ziyafət zamanı sizə verdiyi mükafatı özünüz üçün saxlamaq üçündür. Özünüz üçün saxlayın, Allahla öz əlaqənizi möhkəmlədin. Əmir əl-Möminindən nəql olunmuşdur: "Bu gün Allah oruc və namazını qəbul edən üçün gerçək bayramdır. Hansı gündə Allaha üsyan (günah olunmursa), o gün bayramdır". ("Müstədrək əl-vəsail", c. 6, səh. 149) Bu günü, sabahı, ilin bütün günlərini günah işlətməməklə, haramlardan çəkinməklə bayram edə bilərik. 

Fitrə zəkatının çıxarılma qaydası,

miqdarı və kimlərə verilməlidir?

Ramazan ayını ibadətlə, oruc tutmaqla, təvəssüllə, zikrlə keçirib Fitr bayramına daxil olmaq bir mömin üçün gerçək mənada bayramdır. Bu bayram maddi və dünyəvi bayramlardan deyil. Bu, Allahın rəhmət bayramıdır. Bu, Allahın məğfirət bayramıdır. Bu, ramazan ayını Haqqa ibadətlə, əzəmətli ilahi ziyafətə daxil olmaqla keçirən, ramazan ayında öz gücü, imkanı həddində zikrdən, duadan, təvəssüldən, orucdan və namazdan faydalanan insanların təşəkkür bayramıdır. Bu, müəyyən bir müddəti ibadət və riyazətlə keçirən, ilahi mükafata ümidlə, bağışlanmağa ümidlə Fitr gününə yetən müsəlmanların bayramıdır.

Əlbəttə, Fitr bayramında bir-birimizi təbrik etmək tövsiyə olunmuşdur. Yeni geyimlər geyinmək, o günü bayram və şadlıq etmək tövsiyə olunmuşdur. Amma bu bayramın özəyi mənəviyyata diqqətdən, əfv diləməkdən, Allahdan bağışlanmaq istəməkdən ibarətdir.

Əmir əl-Möminin (ə) Fitr bayramının xütbələrinin birində buyurmuşdur: "Ey camaat! Bu gün elə bir gündür ki, yaxşı əməl sahibləri Allahdan mükafat alır". Orucun mükafatını, ramazan ayının ibadətinin mükafatını, yeyib-içməyin, nəfsani meyllərin qarşısını almağın mükafatını. "Bu gün pis əməllilər ziyankardırlar". ("Bihar əl-ənvar", c. 87, səh. 363) Pis iş görənlər, yanlış davrananlar belə bir gündə öz pis əməllərinin ziyanını görəcəklər. “Bu gün cəza günüdür. Bu gün qiyamət gününə bənzər gündür. Evinizdən məscidlərə, toplum namaz yerlərinə gedişlə məzarlardan qiyamət səhnəsinə gedişinizi xatırlayın”.

Sonra buyurur: "Ey Allahın bəndələri! Allahın oruc tutan qadın və kişilərə əta edəcəyi ən az şey budur ki, ramazan ayının son günündə bir mələk onları çağıracaq və deyəcək: "Sizə müjdə verirəm, ey Allahın bəndələri, günahlarınız bağışlandı".

Bu ramazan ayının mükafatıdır. Düzgün oruca, ruhlu bir əmələ, ixlasla edilmiş ibadətə ramazan ayının son dəqiqələrində, bu əziz ayın son saatlarında belə mükafat verilir. Keçmiş günahların bağışlanması az mükafat deyil.

Məbada fikirləşəsiniz ki, biz günah edək, növbəti ramazanda bağışlanarıq. Heç kim bilmir ki, növbəti ramazan ayınadək sağ qalacaq, ya yox. Bundan başqa, bilərəkdən edilən günah insanın qəlbini qaraldır. Belə bir insan artıq asanlıqla ixlaslı ibadət edə bilmir ki, günahı o ibadətlə yuyulsun. Çalışaq günahlardan uzaq olaq, yaxşı əməllər edək. Bir insanı xoşbəxt edən xüsusiyyət budur.

Məqalədə : Ramazan ayı Fitr bayramı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
807

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
37

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
150

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
100
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 18:01



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru