Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2019
11:42
263
AZAL `Boeing 737 MAX 8` təyyarələrindən imtina edib

"Azərbaycan Hava Yolları" (AZAL) “Boeing” korporasiyasına sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin alınmasından imtina edib.

Bunu açıqlamasında AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.

Onun sözlərinə görə, AZAL artıq bu barədə "Boeing" korporasiyasını xəbərdar edib.

Qeyd edək ki, bundan öncə AZAL sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin başqaları ilə əvəzlənməsini bildirmişdi. "737 MAX 8" təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğuğu kimi proses dayandırılmışdı.

AZAL "Boeing" korporasiyasından 10 "Boeing 737 MAX 8" tipli təyyarə sifariş edib.

Xatırladaq ki, son yarım il ərzində iki "Boeing 737 MAX" təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.(ONA)

Məqalədə : AZAL 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
546

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
376

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
240

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
199

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
195

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
332

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
404
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 05:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru