Xəbər Lenti
İnfoqrafika
Arxiv
Yazar

Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanının icrası uğurla başa çatdırılıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, indiyə qədər kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da ayrılmış məbləğin 91,4%-ni təşkil edir. Müxtəlif səbəblərə görə (ölkə xaricində olduğundan, vəfat etdiyindən və s.) kompensasiya almaq üçün müraciət etməmiş 27,5 min nəfər mövcuddur ki, onların da 20,5 mini ləğv prosesində olan bankların və bank olmayan kredit təşkilatlarının, 7 mini isə fəaliyyətdə olan bankların müştəriləridir. Həmin vətəndaşlar və onların varisləri bundan sonra da banklara, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-yə müraciət edərək kompensasiyalarını ala bilərlər.
Bundan başqa, Palatanın nəzdində yaradılmış Apellyasiya Komissiyası 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmaları davam etdirir. Bbu müraciətlər növbəlilik prinsipi ilə cavablandırılacaq.
İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılmış 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilmişdir. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilmiş, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilmişdir.
Bütövlükdə Fərman çərçivəsində 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinmiş və bu proses davam etməkdədir. Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanmış, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilmiş və bu proses cari ilin sonunadək davam edəcəkdir.
Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılmış xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçi tərəfindən 1.7 milyon sorğu daxil olmuşdur. Ümumilikdə həmin portal üzrə cəmi baxış sayı 3 milyona yaxın olmuşdur. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılmışdır.

Komitə: Özəl torpaqlarda tikilən məscidlər bələdiyyələrin balansına verilməlidir
16
Dekabr
FHN: Bu il yol qəzalarında və yanğınlarda 121 nəfərin meyiti çıxarılıb
16
Dekabr12-12-2019 22:34 İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib
25-11-2019 16:42 Kreditlərin 97,6 faizi banklar tərəfindən verilib
21-11-2019 10:48 Vüqar Bayramov: Vətəndaş ona borclu olan bank niyə pul qaytarmalıdır?
01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
25-10-2019 10:07 Azərbaycanda kredit yarmarkaları keçiriləcək
04-10-2019 15:35 Azərbaycanda sahibkarlar üçün kredit almaq asanlaşdı
- 16-12-2019 09:44 AMB-nin valyuta məzənnələri
- 13-12-2019 23:23 Azərbaycan neftinin qiyməti 70 dolları keçdi
- 13-12-2019 20:29 Azərbaycan əhalisi 11 ayda ticarət şəbəkələrində 34 milyard manatdan çox pul xərcləyib
- 13-12-2019 12:04 Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
- 13-12-2019 10:42 Mərkəzi Bankın 13 dekabr tarixinə olan valyuta məzənnələri
- 13-12-2019 10:39 Dünya bazarında neftin bahalaşması davam edir
- 13-12-2019 09:44 Xarici valyutaların manata qarşı məzənnələri
- 12-12-2019 22:34 İpoteka və Kredit Zəmanət Fondu bu ilin 9 ayında 17 milyon manat mənfəət əldə edib
- 12-12-2019 21:30 Rusiya pomidor idxalına qadağa qoyur - Azərbaycana təsiri olacaqmı?
- 12-12-2019 17:45 Dekabrın 13-nə manatın məzənnəsi
- 12-12-2019 17:09 Azərbaycan Dünya Bankının kreditindən imtina edib
- 12-12-2019 13:08 Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb
- 12-12-2019 09:59 Azərbaycan nefti ucuzlaşdı, "Brent" bahalaşdı
- 12-12-2019 09:37 AMB-nin valyuta məzənnələri
- 11-12-2019 22:23 Azərbaycanla Rusiya arasında dəmir yolu ilə yükdaşımaların həcmi 31% artıb
- 11-12-2019 21:56 Mikayıl Cabbarov: Azərbaycan investorlarını dəstəkləyir
- 11-12-2019 16:52 SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavoduna yeni direktor təyin olunub
- 11-12-2019 09:50 Rusiyaya aparılan inəklər ölkəyə buraxılmayıb
- 11-12-2019 09:15 Neftin ucuzlaşması davam edir
- 10-12-2019 17:19 Dekabrın 11-nə manatın məzənnəsi
- 10-12-2019 10:13 AMB-nin valyuta məzənnələri
- 10-12-2019 09:15 Neft yenidən ucuzlaşıb
- 09-12-2019 22:47 “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb
- 09-12-2019 21:12 Azərbaycanda dərman istehsal olunacaq - FOTO
- 09-12-2019 14:56 Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıb