Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2019
12:06
515
Müəllimlərin işə qəbulu üçün sənəd qəbulunun aparılacağı TARİX

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 24 iyun - 5 iyul tarixlərində elektron ərizələrin qəbulu həyata keçiriləcək.

Bu, təhsil naziri Ceyhun Bayramovun "Müəllimlərin iş yerinin dəyişdirilməsi və 2019-2020-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin keçirilməsi barədə" əmrində öz əksini tapıb.

Əmrə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsini proqram təminatı vasitəsilə iyun ayının 1-21 tarixlərində təşkil ediləcək.

Müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin cari ilin 15 sentyabr tarixinədək bağlanılması təmin ediləcək.

Peşə təhsili müəssisələrində 2019-2020-ci tədris ilinə ümumtəhsil fənləri üzrə vakant olan vəzifələrə müəllimlərin işə qəbulu və yerdəyişməsi imtahanında uğur qazanmış namizədlərlə müsahibələr Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq.

Əmrlə 2019-2020-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apelyasiya komissiyasının tərkibi təsdiq edilib, işə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqlarının hazırlanması barədə tapşırıqlar verilib.

Müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələrinin cari ilin 15 sentyabr tarixinədək bağlanılması təmin edilməlidir.

Məqalədə : müəllimlər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
249

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
276

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
82

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
123

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
43
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 12:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru