Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 İyun

2019
11:53
1399
Minsk qrupu icmanın tələblərini dinlədi - Hikmət Hacıyev

"ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etdilər. Prezident İlham Əliyev onları qəbul etdi və Azərbaycanın münaqişə ilə bağlı mövqeyi onlara bir daha izah olundu". 

Bunu Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Həmsədrlər həmçinin "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ilə də görüş keçirdilər, icmanın tələblərini, qayğılarını, öz torpaqlarına qayıtmaq kimi məsələlərlə bağlı narahatlıqlarını bir daha dinləmiş oldular", - Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.

Qeyd edək ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar. Onlar mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, eyni zamanda müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. 

Diplomatlar mayın 30-da Bakıya gəlib, bir sıra görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak etdiyi görüşlərdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib. (report)

Məqalədə : Hikmət Hacıyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
119

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
133

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
188

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1033

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1204

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
999

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1030

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
460
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 22:50



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru