Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2019
11:11
3504
Bəzi fənlərdən beynəlxalq olimpiadalar üçün hazırlıq vəsaiti yoxdur -RƏSMİ

Çoxları beynəlxalq olimpiadalarda xüsusi hazırlıq keçmədən iştirak etməyin mümkünsüzlüyünü deyirlər. Əksəriyyəti buna əsas  olaraq Azərbaycan dilində vəsait çatışmazlığını qeyd edir.

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev də Təhsil Tv-yə açıqlamasında bu məsələyə toxunub. İzləyicilərin fikri ilə razılaşaraq bildirib ki, Azərbaycan dilində olimpiadaya hazırlıq vəsaitləri məhdud saydadır. Bəzi fənlərdən isə demək olar ki, yoxdur:

“Amma münsiflər heyəti və ayrı-ayrı mütəxəssislərimiz bu məsələ üzərində ciddi işləyirlər. Məsələn, Beynəlxalq Biologiya olimpiadasına hazırlıq vəsaitlərindən biri də müəllifi Kemplin olan kitabdır. Bu, kifayət qədər geniş məzmunlu vəsaitdir. Mütəxəssislərimiz onun bölmə-bölmə tərcüməsinə başlayıblar. İlk bölməsi artıq çapa gedib. Ümid edirəm ki, yaxın gələcəkdə bu vəsaitlərin sayı artırılacaq. Amma hazırda bunu bir çatışmazlıq kimi söyləyə bilərik”.

Qeyd edək ki, respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri mayın 27-də  bəlli olub. Olimpiadada 47 nəfər qızıl, 88 nəfər gümüş, 139 nəfər bürünc olmaqla ümumilikdə  274 nəfər qalib elan olunub.

Məqalədə : beynəlxalq olimpiada 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
97

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
130

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
143

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
369
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 11:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru