Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
16:46
1750
Bu il bir neçə universitetin yataqxanası istifadəyə veriləcək

"Bu il 350 təhsil müəssisələrində yararsız qaz sayğacları yeniləri ilə əvəzlənəcək. 110 təhsil müəssisəsində isə yeni qaz xətləri çəkiləcək".

Bunu Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov media üçün təlimdə çıxışı zamanı deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan Dövlət Sənaye Universitetinin 800 yerlik yeni yataqxanası artıq istismara hazırdır: "Yeni tədris ilində yataqxananın istifadəyə verilməsi planlaşdırılır. Bundan başqa, Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının əsaslı təmir-tikinti işlərinə başlanılıb. Bundan əlavə, Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanası istifadəyə veriləcək. Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır".

O əlavə edib ki, bu il 24 rayonda 3 520 şagird yerlik 50 modul tipli məktəb tikiləcək. 

Məqalədə : yataqxana Təhsil Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİN sürücülərə müraciət edib

22

Avqust
11:06
HÜQUQ,HADİSƏ
97

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
130

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
143

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
369
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 12:00



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru