Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

©

30 May

2019
15:55
5682
50 yaşdan sonra qarındakı piydən necə qurtulmalı?

Fiziki fəallğını azalması  yaş keçdikcə bir sıra ciddi xəstəliklər və erkən ölüm riskini artırır. Qocalma bədənin əzələ kütləsinin (LBM) mütəmadi şəkildə azalmasına gətirir. Bunun yanında orqanizmdə piy paylanması yer dəyişir, yağların çox hissəsi qarın bölgəsinə yığılır. FaktXeber.com-un Medicalxpress-ə istinadla verdiyi məlumata görə, Amerikanın Geriatrik icması uzun araşdırmalardan sonra bu barədə xəbər verib.

Onların sözlərinə görə, «mərkəzi piylənmə» ümumi artıq çəkiyə nisbətdə daha çox ürək-damar xəstəlikləri riskini artırır. Buna görə də prosesə nəzarət etmək tövsiyə olunur.

Eksperiment çərçivəsində  arıqlamaq istəyən yaşlılara  10 həftə ərzində ekspertlər tərəfindən hazırlanan  proqramı sınaqdan keçirməyi tövsiyə ediblər. Könüllülər həftədə 3 dəfə məşqlərə gediblər.

İlk vaxtlar  intervalı məşqlər 18 dəqiqə çəkib. Mütəmadi olaraq  onların davamiyyəti 36 dəqiqəyə çıxardılır. Məşqlər istirahət vaxtları ilə növbəli olurdu. Belə ki, 40 saniyə fiziki ağırlığa, 20 saniyə isə dincəlməyə sərf edilirdi. Bundan sonra yeni idman seriyası, 40 saniyədən sonra istirahət  və s. belə davam edir.

Araşdırmanın sonunda instruksiyaya tam riayət edənlərin yağ kütləsinin 1/3-i əriyir, əzələ kütləsi isə əksinə artır.

Araşdırmaçılar daha  bir maraqlı məqamla da üzləşiblər: 10 həftəlik məşqlər  kişilərin qarnında yağ kütləsi azalıb, lakin qadınlara az təsir edib. Bunun səbəbini müəyyənləşdirmək üçün alimlər yeni araşdırmalara başlayıblar.

O da vurğulanıb ki, intervallı məşqlər ev şəraitində yerinə yetirilə bilər. Bunun üçün hər hansı bir xüsusi təchizata ehtiyac yoxdur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
43

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
30

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
33

Bayden: Tramp seçilsə NATO dağılacaq

16

Oktyabr
10:23
DÜNYA
42

Bakıda daha bir küçə yenidən qurulub - FOTO

16

Oktyabr
09:49
NƏQLİYYAT
71
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 14:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru