Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
12:29
2476
Yazın...

Ramazan ayı insanın özünü saflaşdırması üçün yaxşı fürsətdir. Biz xammalıq. Əgər öz üzərimizdə işləsək, bu xammalı daha yaxşı şəklə sala bilsək, həyatda lazımi işi görmüşük. Həyatın məqsədi budur. Vay olsun o şəxslərin halına ki, öz üzərilərində elm və əməl baxımından iş görmürlər. Dünyaya necə gəliblərsə, həyatları boyunca əlavə olunan çürüntülərlə, fəsadlarla birgə dünyadan gedirlər. Mömin daim öz üzərində işləməlidir. Elə bilməyin ki, daimi işləmək çoxdur və ya olmaz. Xeyir! Həm olar, həm də çox deyil. Əgər kimsə özünü qorusa, yasaq, yanlış işlər görməsə, Allahın yolunu ciddiyyətlə keçsə, müvəffəq olacaq. Bu, daimi özünütərbiyədir. İslam proqramı bu daimi özünütərbiyəyə uyğundur. Bu beş vaxtda qılınan namaz, deyilən zikr, "Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!" cümləsini təkrar etmək, rüku etmək, torpağa düşmək, Allaha həmd-səna, tərif demək nə üçündür? Bunun üçündür ki, daim özünütərbiyə ilə, özümüzü saflaşdırmaqla məşğul olaq. Amma problemlər çoxdur. Hamımızın problemi var. Həyat problemləri, məişət problemləri, şəxsi problemlər, ailə-uşaq problemləri və digər növbənöv problemlər bizim özümüzlə layiqincə məşğul olmağımıza mane olur. Buna görə də Allah bir ay ramazanı ayırmışsa, bu fürsəti qənimət olaraq dəyərləndirək. 

Ramazan ayı şərait çox münasibdir. Allah bu fürsəti bizə verib ki, bu ayda özümüzü saflaşdırmaq üçün belə bir imkan əldə edək. Bu ayın hər saatı çox bərəkətli olmasından əlavə – yəni Allah bu anları, bu saatları təbii baxımdan belə etmişdir – həm də çox qənimət sayılası saatlardır. Bu ayda bir rükət namaz qılsaq, kiçik bir sileyi-rəhim etsək, həmin işlərin qarşılığında başqa aylardan daha çox imtiyaz alacağıq. Bu, çox yaxşı fürsətdir. İnsanın bu ayda özü ilə məşğul olması üçün çox yaxşı şəraitdir. Eyni ilə xəstə bir şəxslə rastlaşmış həkim kimi. Hansı ki, o xəstə müxtəlif xəstəliklərə mübtəladır. Şəkər xəstəliyi var, qan təzyiqi var, qanda yağlılıq var, sümük ağrısı var, revmatizmi var, mədə yarası var, xülasə, onda növbənöv xəstəliklər var. Onun xəstəliklərini və müalicə yolunu bilən mahir həkim onunla necə davranır? Öncə onun xəstəliklərini kağız üzərinə gətirməyə və hansı xəstəliklərə yoluxduğunu bilməyə çalışır. Əgər həkim onun bəzi xəstəliklərini düzgün müəyyənləşdirə bilmirsə, digər xəstəliklərə uyğun dərman verirsə, xəstəni müalicə əvəzinə onu digər xəstəliklərə mübtəla edəcək. Misal üçün, xəstədə mədə yarası var, amma həkim ona revmatizmin müalicəsi üçün aspirin verir. Aspirin revmatizmin müalicəsi üçündür. Amma mədə yarası üçün ziyanlıdır. Əgər təbib bu xəstəliyi tanımasa, xəstənin belə bir probleminin də olduğunu bilməsə, ola bilər ki, onu müalicə etmək əvəzinə mədə qanamasına yoluxdursun. Demək, öncə diqqətlə baxmalıdır. Can yandıraraq xəstəlikləri tapmalıdır, qeyd etməlidir. Sonra hansının daha mühüm olduğunu müəyyənləşdirməlidir. Müəyyən etməlidir ki, hansı ötəridir, hansı köklüdür. 

Biz də öz həkimimiz olmalıyıq. Heç kim insanın özü qədər xəstəliklərini tanıya bilməz. İnsanda bəzi xəstəliklər var. Misal üçün, desək ki, səndə filan xəstəlik var, əsəbiləşəcək, acığı gələcək. Desələr ki, siz paxılsınız, deyəcəyik ki, paxıl özünüzsünüz. Kim ona paxıl deyilməsinə dözə bilər? Başqasından eşitdikdə qəbul etməyə hazır deyilik. Amma özümüzə müraciət etdikdə görürük ki, bəli, təəssüflər olsun ki, belə bir xəstəliyimiz var. İnsan hamını aldada bilər, hamıdan gizlədə bilər. Amma özünə edə bilməz bunu. Demək, xəstəliyi təyin edə biləcək ən yaxşı şəxs biz özümüzük. Onları kağız üzərinə gətirin. Yazın paxılıq, yazın xəsisik, yazın başqalarının pis gününü istəmək – birisi yaxşı bir uğur qazandıqda narahat olmaq – yazın işdə tənbəllik, yazın əməlisalehlərə qarşı bədbinlik əhval-ruhiyyəsi, yazın vəzifələrə etinasızlıq, yazın özünə vurğunluq, yəni özünə hədsiz dərəcədə məftun olmaq. Əgər xəstəliklərimiz bunlardırsa, onları kağız üzərinə gətirin. Ramazan ayı bunları bir-bir, mümkün olduğu qədər aradan qaldırmaq üçün əlverişli fürsətdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
106

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
177

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
328

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
281

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
103

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
73

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
105

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
82
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 04:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru