Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
11:48
2104
Nazir müavini: şagirdlərin və müəllimlərin psixoloji problemləri var

"Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də müəyyən problemlər var. Cəmiyyəti narahat edən məqamlar şagirdlərin və müəllimlərin psixoloji durumu ilə bağlı problemlərdir. Biz bu məsələlərə həssaslıqla yanaşırıq".

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.

O bildirib ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır və həmin şagirdlərin hər birinin özünəxas xarakteri var: "Tədqiqatlar da göstərir ki, bir uşağın xarakteri 3-5 yaş arasında formalaşır".

Nazir müavini qeyd edib ki, məktəblərdə təlim-tərbiyə işi təkmilləşdirilir, hər hansı təhsil müəssisəsində fövqəladə hal baş verdikdə aidiyyəti orqanlara müraciət olunur: "Bu yaxınlarda bir qız uşağı özünü yaşadığı mənzildən atmışdı. Onun həyatını xilas edə bildik. Qaradağ rayonunda da oğlan uşağı özünü 2-ci mərtəbədən atmışdı. Biz bu məsələlərə həssaslıqla yanaşdıq. Onların həyatı xilas edildi. Cəlilabadda bir müəllim döyüldü. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Lakin bu məsələ bir sıra saytlarda bir qədər başqa formada təqdim edildi".

Məqalədə : şagird müəllim psixoloji 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
524

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
357

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
221

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
180

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
178

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
308

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
375
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 01:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru