Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
11:37
985
`Müəllimlər və direktorlar bağlı şikayətlər alırıq`

"İl ərzində Azərbaycan Mətbuat Şurasına 600-700 yazılı şikayət daxil olur. Şikayətlərin ən azı 30 faizə qədərini məktəblər, müəllimlər və direktorlar göndərir".

Bunu Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.

O bildirib ki, şikayətlər əsasən müxtəlif saytlarda müəllimlər və direktorlar haqqında gedən qərəzli və düzgün olmayan informasiyaların yayılması ilə bağlı olur: "Bəzi məqamlarda jurnalistlərin yazdıqları həqiqət olur. Lakin əksər hallarda şikayət verən tərəf daha haqlı olur və o zaman da biz tövsiyyələrimizi veririk. Bəzən saytlarda, sosial şəbəkələrdə məktəblərlə bağlı paylaşımlar elə təəssürat yaradır ki, sanki Azərbaycan da müəllimlər savadsızdır, tanış olmasa, pul verilməsə müəllim qiymət yazmayacaq və məktəblərdə rüşvət tüğyan edir. Bu cür saytların sayı təəssüf ki, çoxdur".

Ə.Amaşov qeyd edib ki, valideynlər tərbiyə ilə bağlı missiyalarını məktəbdən gözləyirlər. "Amma unudurlar ki, tərbiyə ailəyə xas olan xüsusiyyətdir, tərbiyəni valideyn verir. Təhsillə bağlı qanunlar qəbul edilir, lakin izahı və təhlili verilmir. Təhsilin Azərbaycanın ictimai mədəni həyatında oynadığı rol çatdırılmalıdır". 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
103

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
74

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
133

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
48
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 21:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru