Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
10:09
Gələn il Azərbaycanda qaz hasilatının həcmi 40 mlrd. kubmetri ötəcək

2020-ci ildə Azərbaycanda qaz hasilatının həcminin 40 mlrd. kubmetrdən çox olacağı planlaşdırılır.

Bunu energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransının açılışında bildirib.

"Bir il əvvəl açılışı həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi kimi strateji maraqlara, iqtisadi inkişafa və qlobal əməkdaşlığa yönəlmiş layihədir.2020-ci ildə Xəzər dənizindən Avropaya yeni mənbədən təbii qazın çatdırılması üzrə işlər yekun, onun genişləndirilməsi istiqamətində işlər isə başlanğıc mərhələdədir. Cənub Qaz Dəhlizi imkan verir ki, Azərbaycan enerji strategiyasını həm də təbii qaz sektorunda inkişaf etdirsin.Cənub Qaz Dəhlizi üzrə görülmüş işlərdə artıq nəticələr əldə edilib", - deyə nazir qeyd edib. 

Onun sözlərinə görə,TANAP-la indiyə kimi Türkiyəyə 1.8mlrd. kubmetr qaz nəql edilib. Nazir bildirib ki, "Şahdəniz" yatağından qaz hasilatı 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, 2020-ci ildə isə 8,5 mlrd. kubmetr artacaq: "Beləliklə, 2020-ci ildə ölkədə ümumi qaz hasilatının 40 mlrd.kubmetri ötəcəyi gözlənilir".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3817

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2775

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2192

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1882
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-03-2020 17:06



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru