Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
09:50
303
İsgəndər Həmidovu Fuad Əliyev əvəz etdi

Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidov mayın 26-da İstanbulda ürəyindən əməliyyat olunub. Sabiq nazirin qardaş ölkəyə gedişindən 10 gün keçir. Gedişindən indiyə qədər onunla əlaqə saxlamaq mümkün olmayıb. Maraqlıdır ki, İsgəndər Həmidovun konkret hansı klinikada müalicə və əməliyyat olunduğu barədə də heç bir informasiya verilmir. İsgəndər Həmidovun əməliyyat olunması onun ölkəni AXH üzvlərinə qarşı başlayan həbslərə görə tərk etdiyi barədə yayılan fikirlərin isə əsaslı olmadığını təsdiqləmiş oldu.

AXH-nin yeni dönəm sədri Ağasif Şakiroğlu bildirdi ki, İ.Həmidovun müalicəni bitirib vətənə dönüş tarixini müəyyən etmək mümkün deyil: “Bu nə bizim, nə də özünün istəyi ilə bağlı məsələ deyil. Bu məsələdə həkimlərdən çox şey asılıdır. Nə zaman həkimlər artıq müayinə və müalicənin bitdiyini desələr, o zaman da geri dönəcək. Həkimlərlə etdiyim telefon söhbətlərindən mən belə başa düşdüm ki, müayinə və müalicə əməliyyatdan sonra mütləqdir və minimum daha 40-45 gün həkim nəzarətində qalmalıdır. Mütəmadi olaraq İsgəndər bəylə maraqlanıram. O, hazırda Türkiyənin İstanbul şəhərindədir. Müayinə olunaraq mayın 26-da əməliyyat olunub. Səhhəti qənaətbəxşdir. Həkimlər sağlığı üçün artıq təhlükə olmadığını bildirirlər. Türkiyəyə ilk getdiyi gün və ondan sonra da danışığımız olub. AXH-yə qarşı başlanan təzyiqlərdən sarsıntı keçirmişdi. Müalicəsini yarımçıq qoyub geri dönmək istəyirdi. Qarşısını zorla ala bildik. Proseslər barədə narahatlığını ifadə etdi. Əməliyyata hazırlaşdığı vaxt bu ona çox pis təsir etmişdi”.

A.Şakiroğlu onu da məlumat verdi ki, AXH-nin dönəm sədri dəyişib: “25 mayda Fuad Əliyevin ABŞ-a səfərə getməsi səbəbindən onun dönəm sədrliyinə 5 gün tez son verildi və yaranmış mürəkkəb şəraitlə bağlı İdarə Heyəti ümumi razılaşma ilə yeni dönəm sədri seçdi. Yeni dönəm sədri 25 may-1 iyul aralığı üçün müəyyən edildi və bəndəniz dönəm sədri olaraq fəaliyyətə başladı. Əslində əlifba sırası ilə dönəm sədri olmaq növbəsi İsgəndər Həmidovda idi. Lakin onun ölkədə olmaması, səhhətindəki problemlər dönəm sədri olaraq fəaliyyətinə imkan vermirdi. Bu səbəbdən onun özünün də etimadı və razılığı ilə, İdarə Heyətinin digər üzvlərinə verdiyi tövsiyə əsasında yeni dönəm sədri olaraq fəaliyyətə başladım. AXH fəaliyyətini davam etdirir. İclaslar mütəmadi olaraq keçirilir. Hətta ötən həftə AXH rəhbərliyinin 2 toplantısı oldu. Biri ənənəvi İdarə Heyətinin toplantısı, digəri isə AXH İdarə Heyətinin növbədənkənar toplantısı idi. Hər həftənin ilk günü AXH İdarə Heyətinin toplantıları olur”.

A.Şakiroğlu qeyd etdi ki, AXH-nin İdarə Heyətinin üzvü, keçmiş dönəm sədri Fuad Əliyev ABŞ Dövlət Departamentinin dəvəti ilə ABŞ-a rəsmi səfərə gedib və iyun ayında geri dönəcək: “Səfər çərçivəsində bir sıra beynəlxalq görüşlər keçirməsi nəzərdə tutulub və döndükdən sonra mediaya özü bu səfərin detalları ilə bağlı açıqlama verəcək”.("Yeni Müsavat")

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Hüseyn Abdullayev şərti cəza ilə azad oluna bilər

22

Avqust
09:30
HÜQUQ,HADİSƏ
104

Tovuzda pensiya kartı ölümə səbəb oldu

22

Avqust
09:12
HÜQUQ,HADİSƏ
123

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
354

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
220

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
235

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
262
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 10:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru