Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 May

2019
09:07
Qazaxda silah-sursat tapılıb

Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Kəmərli kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Faktxeber.com-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub, üzərində partladıcıları olduğuna görə partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Minaların ətrafında 10 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Məqalədə : silah sursat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
210

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
221

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
333
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 00:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru