Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 May

2019
10:54
1621
Fransa Yəmənlə döyüşmək üçün Səudiyyəyə ikinci partiya silah göndərir

Fransa istehsalı olan silahların Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Yəməndə istifadə edilməsini üzə çıxaran üç jurnalistin həbsi ilə bağlı mübahisələr davam edərkən, yeni bir məlumatla böyük müzakirələrə səbəb olub. FaktXeber.com-un məlumatına görə, belə ki, Səudiyyəyə aid gəminin bir daha sursat almaq üçün Fransaya gedəcəyi öyrənilib.

Silah təchzinə aid qalmaqalı ifşa edən Disclose tərəfindən paylaşılan xəbərə görə yeni yükləmə Marsilya yaxınlığında Fos-sur-Mer limanında ediləcək.

Regionu təmsil edən Parlamentin nümayəndəsi Pierre Dharreville "Bəhri Tabuk" adlı yük gəmisinin bu yaxınlarda Fransaya gedəcəyini öyrəndiyini bildirib.

İnsan Haqlarının Müdafiə təşkilatları Fransa istehsalı silahların Yəməndə mülki vətəndaşlara qarşı istifadə etdiyini və müharibə cinayəti işlədiyini bildirir.

Fransa XİN rəhbəri Jan İv Le Drian isə bu məsələni şərh edərkən belə deyib: “Bəli, bu çirkin  müharibədir və bitməlidir. Səudiyyə Ərəbistanı və BƏƏ buna son verməlidir”.

“France Inter” radiosuna danışan  nazir bu iki ölkəyə silah ticarəti məsələsində çox diqqətli olmaları gərəkdiyini və bunu etdiklərini deyib. Lakin ortaya çıxan sənədlər nazirin özünün dediyi qədər də diqqətli olmadığını göstərir.

“Disclose” kanalından Cefri Livolsi (Geoffrey Livolsi) və Matias Destal (Mathias Destal) ilə “Radio France” nin araşdırma bölməsindən Benoit Kollombat (Benoit Collombat) Fransanın Səudiyyə Ərəbistanına satdığı silahların  əməndə istifadə edildiyini ortaya çıxarmışdı.

Jurnalistlər Səudiyyəyə aid yük  gəmisinin  Fransa istehsalı olan hərbi heyəti yükləmək üçün Le Havre limanına yaxınlaşdığını xəbər vermişdilər. Onların sözlərinə görə, Fransa Yəməndə istifadə edilməsi üçün Səudiyyə və BƏƏ-yə döyüş təyyarələri, tanklar, helikopterlər və uzun məsafəli artilleriya raketləri satıb.

Parisdə Daxili Təhlükəsizlik Baş İdarəsində ifadə verən jurnalistlər gizli sənəd və milli müdafiə sirlərini farş etdiyi üçün  beş il həbs cəzası və 83 min dollar pul cəzası ilə üzləşib.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransanın Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyaya silah satdığı məlumdur.

Məqalədə : Yəmən Fransa silahları 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
104

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
74

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
29

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
134

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
48
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 22:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru