Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
16:47
3697
“Xiaomi Redmi 7A” smartfonu təqdim edilib

“Xiaomi” şirkəti ötənilki “Redmi 6A” smartfonunun “Redmi 7A” adlı yeni versiyasını təqdim edib.

“Redmi 6A” bir müddət şirkətin ən ucuz smartfonu hesab olunub, daha sonra nisbətən ucuz “Redmi Go” modeli buraxılıb. Yeni model əsasən daha məhsuldar prosessor və yüksək akkumulyator tutumu ilə fərqlənir.

“Xiaomi Redmi 7A” smartfonu tərəflərinin nisbəti 18:9 təşkil edən və “HD ” (1440 × 720 piksel) təsvir ölçülü 5,45 düym diaqonallı ekran, 13 meqapikselli əsas və 5 meqapikselli ön kamera ilə təchiz edilib. Barmaq izi skaneri nəzərdə tutulmayıb.

Qurğunun aparat əsasını səkkiznüvəli “Qualcomm Snapdragon 439” prosessoru, 2 və ya 3 giqabaytlıq operativ yaddaş və “microSD” formatlı yaddaş kartları ilə 256 giqabayt tutumadək genişləndirmə imkanına malik 16 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. “MIUI 10” interfeysli “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun akkumulyator tutumu 4 min milliamper/saata bərabərdir.

Bundan başqa, iki SİM kart və “4G VoLTE”, “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 5.0”, “GPS” modemləri, FM radio dəstəklənir, eləcə də qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılıb. Həmçinin smartfon “P2i” şirkətinin suyadavamlı mühafizəsi ilə təchiz olunub.

“Redmi 7A” smartfonunun qiyməti qabaqcıl “Redmi K20” və “Redmi K20 Pro” smartfonlarının mayın 28-də keçiriləcək təqdimatında məlum olacaq. Qurğunun qiymətinin 86 dollar təşkil edəcəyi gözlənilir.

Məqalədə : Redmi 7A 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
837

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
65

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
178

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
125
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 18:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru