Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 May

2019
15:52
Elçin Quliyev gürcüstanlı həmkarı ilə görüşüb

Mayın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin dövlət sərhədində işçi gö­rüşü ke­çirilib.

DSX-nin Mətbuat Mərkəzindən Faktxeber.com-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində mövcud əməliyyat şəraiti, sərhəd rejiminin təmin edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

May 29-da Bakı şəhərində baş tutacaq futbol üzrə Avropa Liqasının final oyununa tamaşa etmək üçün hava, dəmiryolu və avtomobil nəqliyyatı ilə Gür­cüstandan ölkəmizə gələcək azarkeşlərin dövlət sərhədindən buraxılış mən­təqələrindən sadələşdirilmiş qaydada keçmələri, bu kateqoriyadan olan şəxslər və onların nəq­liyyat vasitələri üçün xüsusi keçid şəraitinin yaradılması üzrə məsələlər nə­zərdən keçirilib və razılaşdırılıb.

Görüşdə sərhəd təhlükəsizliyinin təminatı üçün Azərbaycan və Gürcüstan sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Məqalədə : Elçin Quliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
225

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
219

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
252

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
274

Azərbaycanda inflyasiya göstəriciləri açıqlanıb

12

Dekabr
13:08
İQTİSADİYYAT
432
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 02:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru