Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2019
12:40
352
Vergilər Nazirliyi yeni uçot qaydaları tətbiq edəcək

Azərbaycan Vergilər Nazirliyində məcburi sosial sığorta məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydaları hazırlanır.

FaktXeber.com-un  Vergilər Nazirliyinə istinadən verdiyi məlumata əsasən, Nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədovun sözlərinə görə, 2019-cu il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra metodiki və normativ sənədlər, o cümlədən fiziki şəxslərin uçota alınması, uçotdan çıxarılması və ləğvi ilə bağlı qaydalar hazırlanıb. Hazırda bu qaydalar üzərində iş aparılır.

Qeyd olunub ki, bu il yanvarın 1-dən mayın 1-dək isə yeni qaydada uçota alınan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçilərinin və ailə kəndli təsərrüfatları kateqoriyasından olan sığortaolunanların sayı 2.937 nəfər olub. Onlara VÖEN təqdim edilib, müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondundan SUN (sığortaedənin uyğunluq nömrəsi) təqdim edilib. Ə. Məmmədov bildirib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlərin məcburi sosial sığorta haqlarının ödənilməsi işinin təşkili üzərində də iş aparılır: "Bu məqsədlə Vergilər Nazirliyi bütün yerli strukturlara məktublar göndərib. Biz, eyni zamanda, ictimai təşkilatlarla da çalışmaq istəyirik". Qeyd edək ki, 2019-cu ildən məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınma proseslərini Vergilər Nazirliyi həyata keçirir. Həmin proseslərin iştirakçıları fərdi sahibkarlar, hüquqi şəxslər, digər vergi ödəyiciləri, o cümlədən vergi mükəlləfiyyəti olmayan digər qurumlardır. Onların sırasında kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri, ailə kəndli təsərrüfatları sahibləri də var. Ə.Məmmədov qeyd edib ki, əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyata alınanların sayı 202 min nəfərə qədər olub, onlara SUN verilib. Ötən il məcburi dövlət sosial sığorta haqlarını ödəyənlərin sayı da müəyyən olunub. Onlardan 5.971-i Vergilər Nazirliyində uçota alınıb.

Məqalədə : Vergilər Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yalan danışanı aşkarlamağın 8 yolu

24

İyun
12:34
MARAQLIDIR
2847

DİM sınaq imtahanı keçirəcək

24

İyun
12:22
ELM / TƏHSİL
1674

"Sədərək"də satıcılar etiraz edir

24

İyun
12:04
HÜQUQ,HADİSƏ
1617

Bakı sakini avtomobillə qətl törədib

24

İyun
11:56
HÜQUQ,HADİSƏ
958

"Mi Band 4" 8 gün ərzində 1 milyon satıldı

24

İyun
11:52
MARAQLIDIR
1592

Bakıda çimərlikdə meyit tapılıb

24

İyun
11:50
HÜQUQ,HADİSƏ
902

"Forma 4" sənədinin alınması avtomatlaşdırılır

24

İyun
11:30
HÜQUQ,HADİSƏ
1946

Tramp kim olduğunu açıqlayıb

24

İyun
11:17
DÜNYA
3022
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-06-2019 13:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru