Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 May

2019
11:00
569
`Gürcüstan-Azərbaycan sərhədində 14-ə yaxın hissə razılaşdırılmayıb`

“Gürcüstan-Azərbaycan sərhədində 14-ə yaxın hissə razılaşdırılmayıb və bu hissələrə Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığında yerləşən ərazilər də daxildir”.

Bu barədə jurnalistlərə Gürcüstan və Azərbaycan arasında Sərhədin Delimitasiya və Demarkasiyası üzrə Komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, mayın 23-ü və 24-də komissiyanın Bakıda keçirilən iclasında razılaşdırılmamış hissələrlə bağlı ətraflı müzakirələr aparılıb: “Sərhədin təxminən üçdə iki hissəsi razılaşdırılıb. Üçdə bir hissəsi isə razılaşdırılmamış olaraq qalır. Həmin sahələrə ekspertlərin birgə səfər etməsi ilə bağlı razılıq əldə olunub və səfərlərdən sonra komissiya nəticələri müzakirə etmək üçün iclas keçirəcək”.

L.Darsalia qeyd edib ki, Keşikçi Dağı Məbəd-Kompleksi yaxınlığında yol tikinti işləri Azərbaycan tərəfdə ölkənin nəzarəti altında olan ərazilərdə aparılıb və buna baxmayaraq bütün işlər dayandırılıb.

Daha əvvəl komissiyanın həmsədri bildirib ki, Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr üzrə hələ heç bir qərar qəbul olunmayıb./Report

Məqalədə : Keşikçi Dağı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
229

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
275

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
80

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
121

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
42

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
40
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 10:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru