Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
18:59
712
Məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır

Vergilər Nazirliyində məcburi sosial sığorta məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydaları hazırlanır. 

FaktXəbər-in Vergilər nazirliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra metodiki və normativ sənədlər, o cümlədən fiziki şəxslərin uçota alınması, uçotdan çıxarılması və ləğvi ilə bağlı qaydalar hazırlanıb. Hazırda bu qaydalar üzərində iş aparılır.

Qeyd olunub ki, bu il yanvarın 1-dən mayın 1-dək isə yeni qaydada uçota alınan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçilərinin və ailə kəndli təsərrüfatları kateqoriyasından olan sığortaolunanların sayı 2 937 nəfər olub. Onlara VÖEN təqdim edilib, müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondundan SUN (sığortaedənin uyğunluq nömrəsi) təqdim edilib. Ə.Məmmədov bildirib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlərin məcburi sosial sığorta haqlarının ödənilməsi işinin təşkili üzərində də iş aparılır: 

"Bu məqsədlə Vergilər Nazirliyi bütün yerli strukturlara məktublar göndərib. Biz, eyni zamanda, ictimai təşkilatlarla da çalışmaq istəyirik", - deyə Ə. Məmmədov bildirib.

Qeyd edək ki, 2019-cu ildən məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınma proseslərini Vergilər Nazirliyi həyata keçirir. Həmin proseslərin iştirakçıları fərdi sahibkarlar, hüquqi şəxslər, digər vergi ödəyiciləri, o cümlədən vergi mükəlləfiyyəti olmayan digər qurumlardır. Onların sırasında kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri, ailə kəndli təsərrüfatları sahibləri də var. Ə.Məmmədov qeyd edib ki, əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyata alınanların sayı 202 min nəfərə qədər olub, onlara SUN verilib. Ötən il məcburi dövlət sosial sığorta haqlarını ödəyənlərin sayı da müəyyən olunub. Onlardan 5 971-i Vergilər Nazirliyində uçota alınıb.

Məqalədə : Vergilər Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"QARA PLYONKA" məsələsinə nöqtə! - FOTO

20

Avqust
16:55
NƏQLİYYAT
749

Tikinti icazəsi "Bir pəncərə" sisteminə keçir

20

Avqust
15:42
HÜQUQ,HADİSƏ
816

Smartfonun beynin məhsuldarlığına təsiri öyrənilib

20

Avqust
15:05
AİLƏ, SAĞLAMLIQ
1557

Hirkan Milli Parkında yanğın başlayıb

20

Avqust
14:13
HÜQUQ,HADİSƏ
227

Bakıda kirayə evlər ötən aydan bahalaşıb

20

Avqust
14:10
İQTİSADİYYAT
1809

Füzulidə top mərmisi tapılıb

20

Avqust
14:07
HƏRB
854

BMT-dən fillərlə bağlı QADAĞA

20

Avqust
12:56
MARAQLIDIR
305

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

20

Avqust
12:49
HÜQUQ,HADİSƏ
249

Avqustun 21-ə gözlənilən hava proqnozu

20

Avqust
12:41
ÖLKƏ
311

Bakı metrosunda işıqlar söndü

20

Avqust
12:40
HÜQUQ,HADİSƏ
253
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-08-2019 08:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru