Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
16:10
1055
Kiyevdə Nəsimiyə heykəl ucaldıldı - FOTO

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi və təşəbbüsü ilə Kiyevdə mərkəzi parkların birində ucaldılan İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko, diplomatik korpusların nümayəndələri, soydaşlarımız, şəhər sakinləri və yerli KİV təmsilçiləri iştirak ediblər.

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib.

Tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Kiyev şəhər meri Vitali Kliçko çıxışına mütəfəkkir-şairimizin sitatları ilə başlayıb. O bildirib ki, Kiyevin mərkəzi hissəsində Nəsimi kimi tanınmış bir şəxsin heykəlinin ucaldılması sevindirici haldır. “Bu, bir daha Ukrayna və Azərbaycan xalqlarının bir-birinə verdiyi dəyərin nəticəsidir”, deyə Kliçko əlavə edib.

Hələ ümumilli lider Heydər Əliyevin Azərbaycan və Ukrayna arasında əməkdaşlığın inkişafına böyük töhfə verdiyini vurğulayan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Bakıda Şevçenko, Kiyevdə Ulu Öndər Heydər Əliyev, Müslüm Maqomayev və indi də İmadəddin Nəsiminin heykəlinin ucaldılması hər iki ölkə arasında dost, qardaş münasibətlərin bariz nümunəsidir”, deyə E.Əzizov əlavə edib.

Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanov isə çıxışında heykəlin hazırlanmasında göstərdiyi təşəbbüs və köməyə görə səfir Azər Xudiyevə təşəkkürünü bildirib. İmadəddin Nəsimi kimi dahi bir şəxsiyyətin heykəlinin müəllifi olmasından qürur hissi keçirdiyini vurğulayıb.

İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində iştirak etdiklərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı və Kiyev merinə təşəkkürünü qeyd edən səfir Azər Xudiyev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində bir sıra kütləvi tədbirlər keçirilir. Səfirin sözlərinə görə, İmadəddin Nəsiminin heykəlinin ucaldılması Azərbaycanı dünyada daha da tanıtdıracaq.

Daha sonra şair Şəhriyar Der Gerani İmadəddin Nəsiminin qəzəllərini səsləndirdi. Bundan sonra Nəsiminin heykəlinin üzərindəki ağ örpək açılıb.

Xatırladaq ki, heykəl Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili”nin elan edilməsi çərçivəsində ucaldılıb.

Məqalədə : Kiyey 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
205

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
935

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
152

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
302

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
175

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
227
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 02:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru