Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
15:39
Bu deputatlar məsuliyyətə cəlb ediləcək

Mayın 24-də Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib.

Adıçəkilən komitənin sədri Arif Rəhimzadə gündəliyə “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil olduğunu deyib.

Komitə sədri bildirib ki, “Milli Məclisin deputatının statusu haqqında” qanunun 16-cı maddəsinin ikinci hissəsinin ikinci cümləsinin yeni redaksiyada verilməsi təklif olunur.

Təklifə əsasən, deputat Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə, habelə parlamentin Daxili Nizamnaməsində nəzərdə tutulmuş digər hallarda həmin Nizamnamə ilə müəyyən edilmiş qaydada parlamentdaxili məsuliyyətə cəlb olunur.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanuna təklif edilən dəyişikliklərin məqsədi isə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun icrasının təmin edilməsindən ibarətdir.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Məqalədə : Deputatlar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Atəşkəs rejimi 27 dəfə pozulub

25

Fevral
09:42
BÖLMƏNİ DÜZ SEÇ!
75

Xarici valyutaların manata qarşı məzənnələri

25

Fevral
09:25
İQTİSADİYYAT
151

Neft yenidən bahalaşıb

25

Fevral
09:19
İQTİSADİYYAT
160

Bu gün ilk çərşənbədir

25

Fevral
08:00
ÖLKƏ
309

MSK müraciətləri araşdırır

24

Fevral
16:31
ÖLKƏ
335

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
317
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-02-2020 09:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru