Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 May

2019
10:39
408
Vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək

Azərbaycanda kommersiya və ya vergi sirri haqqında məlumatlar Hesablama Palatasına da veriləcək. FaktXeber.com-un məlumatına görə, bununla əlaqədar Vergi Məcəlləsinə, eyni zamanda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi təklif olunur.

Dəyişikliklərdə vergi ödəyiciləri haqqında məlumatın verilə biləcəyi orqanların sayı artırılıb. Təkliflərdə Hesablama Palatasının öz vəzifələrini həyata keçirməsi məqsədilə həmin məlumatların bu quruma da təqdim edilməsi nəzərdə tutulur.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə isə Hesablama Palatasının öz fəaliyyətini daha da gücləndirməsi üçün aidiyyəti qurumların inzibati məsuliyyəti gücləndirilib və baş verən xətalara görə cərimələr müəyyən edilib.

Bu inzibati məsuliyyətin olması həmin orqanların öz üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə icra etməsinə və Hesablama Palatasının fəaliyyətinin güclənməsinə imkan yaradacaq.

Dəyişikliyə əsasən, bu xətalar baş verdikdə Hesablama Palatası protokol tərtib edəcək və inzibati tənbehin tətbiqi üçün məhkəməyə göndəriləcək. Məhkəmə isə həmin xətalar haqqında işlərə baxaraq inzibati tənbeh tədbiri tətbiq edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
892

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1052

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
858

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
886

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
411

Axtarışda olan 24 nəfər saxlanılıb

21

Sentyabr
10:19
HÜQUQ,HADİSƏ
855

Dünya bazarlarında neft ucuzlaşıb

21

Sentyabr
10:13
İQTİSADİYYAT
874

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
747
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-09-2019 18:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru