Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
19:53
Kosmosda spirtli və qazlı içki nə üçün qadağandır?

Kosmik stansiya və kosmik gəmi ekipajı üzvlərinin spirtli və qazlı içkilər qəbul etməsi qadağan olunub. Rusiyanın Tibbi-bioloji problemlər İnstitutunun qida şöbəsinin müdiri Aleksandr Aqureyev “RİA Novosti”yə verdiyi açıqlamada bunun səbəblərini izah edib.

Alkoqol ona görə qadağandır ki, kosmonavt son dərəcə məsuliyyətli və yüksək diqqət tələb edən iş görür, spirtli içkinin təsiri altında olsa, onun diqqəti kütləşə, normal davranışları pozula bilər.

Qazlı içkilərə gəlincə, onun saxlanıldığı qabı açanda maye dərhal ətrafa səpələnir, kosmik gəmilərdə və stansiyalarda çoxsaylı elektron cihazların olduğunu nəzərə alsaq, çəkisizlik şəraitində maye damlalarının xaotik şəkildə ətrafa səpələnməsi yolverilməzdir.

Alim qeyd edir ki, Beynəlxalq Kosmik Stansiya yaradılan zaman kanadalı dietoloqlar sualtı qayıq ekipaj üzvləri kimi kosmonavtların rasionuna qırmızı şərabın daxil edilməsini təklif etmişdi.

Ancaq NASA mütəxəssisləri müvafiq araşdırmalardan sonra bunu məqsədəuyğun bilməmişdi. Onların fikrincə, sualtı qayıqlarda hərbi nizam-intizam olur, BKS-də isə hər hansı ekipaj üzvünün həvəsə düşüb normadan artıq şərab qəbul etməyəcəyinə heç bir zəmanət yoxdur.

Məqalədə : kosmos 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
48378

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46417

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
48056

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47646

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
53229

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
47285

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47680
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-10-2020 20:20





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru