Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
11:11
Qohum evliliklərin gətirdiyi bəlalar

Boy insan həyatına birbaşa təsir edən amillərdən biridir. Uca boylu olmaq bu gün bəziləri üçün yaşamağa mane olan problem, kimlər üçünsə arzu, istəkdir. Təbii ki, boyu istənilən uzunluqda etmək insan əlində deyil. Boy amili həm gendən, həm yaşam tərzindən, həm də xəstəliklərdən aslıdır. Rəsmi məlumatlara görə, Azərbaycan əhalisinin orta statistik boyu 167,2 sm, kişilər üçün orta boy 170,6 sm, qadınlarda isə 164,1 sm-dir. 

Bəs Azərbaycan əhalisi boy problemi yaşayırmı? Bəziləri düşünür ki, bəli, son illər cırlaşma müşahidə olunur. Bunun əleyhinə düşününlər də var.

Həkim Adil Qeybulla modern.az-a bildirib ki, elmdə retardasiya və akselerasiya anlayışları var. Retardasiya-fiziki inşikafın geriləməsi, cırlaşmadır. Akselerasiya isə əksinə, fiziki inkişafın üstələnməsidi:

“Məsələn, 5-ci sinifdə oxuyan şagird öz boyundan daha çox hündürdür. Azərbaycanda reterdasiyanın artmasında əsas faktor qohum evlilikləri olub. Yəni qohum nikahları ümumiyyətlə genefonda çox böyük zərbə vurub”.

Həkim qeyd edib ki, əgər bir nəsildə məsələn, polisemiya daşıyıcılığı varsa, eyni nəslin nümayəndələri nikaha girəndə artıq bu daşıyıcıların sayı artır:

“Artıq onlardan əmələ gələn uşaq sağlam genin daşıyıcılarına mənsub olmur. Yəni, məsələn, bir nəsildə boy cırlığı varsa, eyni nəslin nümayəndələri nikaha girincə, onların uşaqlarında da boy cırlığı olacaq. Beləliklə, Azərbaycanda bu kimi evliliklər reterdasiyanın artmasına gətirib çıxarır.

Dünyada bir dövrdən sonra məsələn, 30-40 ildən bir reterdasiya və akselerasiya bir-birini növbəli şəkildə əvəz edir. Ümumiyyətlə, qeyd edim ki, genefondun sağlamlaşdırılması üçün milli proqram hazırlanmalıdır. Bu, həm də təbliğat şəklində olmalıdır. Təbii ki, qohum evliliyini qadağa etmək qeyri-mümkündür. Lakin bu məsələni təbliğat şəklində insanlara başa salmaq lazımdır ki, özləri başa düşsünlər. Hazırda nikahdan əvvəl analizlər olur ki, onların diapazonunun genişləndirilməsi yaxşı olardı”. 

Məqalədə : Qohum evlilikləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Abşeronda güclü yanğın başlayıb

24

Fevral
09:31
HÜQUQ,HADİSƏ
176

Dünya bazarlarında təbii qaz və neft ucuzlaşıb

24

Fevral
09:17
İQTİSADİYYAT
195

Türkiyədə yenə də zəlzələ olub

24

Fevral
09:09
DÜNYA
236

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
731

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
567

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
833

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
614
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 09:56



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru