Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
10:33
1290
`Qız qaçırma, zorla ailə qurmağa məcbur etmə halları qalır`

"Dünyada qadınlara qarşı zorakılıq halları insan haqlarının tam müdafiəsinin gerçəkləşdirilməsinə mane olan əsas səbəblərdən biridir".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı hesabatı təqdimat mərasimində deyib.

O bildirib ki, bəzi dövlətlərdə zorakılığın qarşısının alınması üçün ayrılan vəsait ölkənin təhsil xərcləri ilə eyni və hətta daha çoxdur: "Qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması kifayət qədər vəsait tələb edir. Qadınlara və qızlara qarşı zorakılığın aradan qaldırılması sahəsində qanunlar daim təkmilləşdirilr, yeni maarifləndirici tədbirlər aparılır. Buna baxmayaraq, qadınlara qarşı zorakılıq halları hələ də qalır. Qız qaçırma, zorla ailə qurmağa məcbur edilmə kimi hallar zorakılıqda ən çox müşahidə edilən hallardır. Qadınlara qarşı zorakılıq yalnız ailə məsələsi deyil. Bu bütün cəmiyyətə təsir edir. Əgər qadın çalışırsa, o, zorakılıqla üzləşdikdə iş fəaliyyətini itirə bilər. Zorakılıq faktına görə hər kəs məsuliyyət hiss etməliyik".

Məqalədə : Qız qaçırma 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha 38 dərəcə isti proqnozu

20

İyun
13:23
ÖLKƏ
1536
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-06-2019 15:38



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru