Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 May

2019
09:58
Kolleclərə də imtahansız qəbul mümkün olacaq

Bakalavrlar ali təhsil pilləsi üzrə aldıqları ixtisasdan asılı olmayaraq, orta ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müsabiqədənkənar qəbul oluna biləcəklər.

Bakalavrlara bu hüquq, “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda verilib.

Qaydalara əsasən, orta ixtisas təhsili pilləsində dövlət hesabına təhsil almaq üçün bakalavrlar Dövlət İmtahan Mərkəzi tərəfindən orta ixtisas təhsili müəssisələrinə keçirilən müsabiqədə ümumi qaydada iştirak etməlidirlər. Orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən bakalavrlar ərizə ilə həmin təhsil müəssisələrinə müraciət edəcəklər.

Orta ixtisas təhsili müəssisələrinə bakalavrların müsabiqədənkənar qəbulu təhsil müəssisəsi tərəfindən aparılacaq. Bakalavrın təqdim etdiyi sənədlərdə uyğunsuzluq və (və ya) çatışmazlıq aşkar edildikdə və onların aradan qaldırılması mümkün olmadıqda, bakalavrın orta ixtisas təhsili müəssisəsinə qəbul edilməsindən imtina olunacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
68204

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
65586

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
67439

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
66776

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
72271

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
66509

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
66833
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-03-2021 19:34





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru