Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
15:42
YAP-çı deputatdan Fuad Abbasovun həbsi ilə bağlı ŞOK açıqlama

“Jurnalist Fuad Abbasov Rusiya ərazisində saxlanılmasına zəmin yaradacaq cinayət hadisəsi törətməyib”.

Bunu öz açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nəsib Məhəməliyev deyib.

YAP-çı deputat bildirib ki, vətəndaş cəmiyyətinin üzvləri, o cümlədən qeyri-hökumət təşkilatları, jurnalist qurumları bu məsələ ilə bağlı səslərini qaldırmalıdır:

“O, hər zaman Rusiya qanunlarına hörmətlə yanaşıb. Azərbaycanın mövqeyini Rusiya ictimaiyyətinə obyektiv çatdıran bir insandır. Təbii ki, Vətənini, millətini, dövlətini sevən hər bir azərbaycanlı ölkəsinin maraqlarına xidmət etməlidir. Çox təəssüflər olsun ki, qanı erməni qanına qarışmış və Azərbaycanın əleyhinə fəaliyyət göstərən bəzi azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə Fuad Abbasov saxlanılıb. Moskvada ermənilərin azərbaycanlıların adından danışması təhqiredicidir. Çünki Fuad Abbasov jurnalistdir. Onun istənilən hadisəyə öz baxışı və öz mövqeyi ola bilər”.

Depuat Diasporla İş üzrə Dövlət Komitəsini F.Abbasovu müdafiə etməyə çağırıb: “Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov kifayət qədər vətənpərvər şəxsdir. Ümid edirəm ki, Fuad Abbasovun başına gələnlərlə bağlı Dövlət Komitəsi də öz mövqeyini qəti və açıq şəkildə ortaya qoyacaq. Çünki Fuad Abbasov öz müsbət hərəkətləri ilə hər zaman vətənpərvərliyini sübut edib. Ona görə də biz onu müdafiə etməliyik. Çox yaxşı olardı ki, Fuad Abbasov Rusiyada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatlarının birləşdirilməsi və koordinasiyası ilə məşğul olsun. Fuad Abbasova Azərbaycana deportasiya olunmazdan öncə hər hansı məsləhət verməyim düzgün sayılmaz. Onun deportasiya olunduqdan sonra burada hansı fəaliyyətlə məşğul olacağı öz istəyindən asılı olacaq”.

Qeyd edəki,  F.Abbasov mayın 18-də məhkəmənin qərarı ilə Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun mayın 28-də Azərbaycana deportasiya ediləcəcəyi gözlənilir. (report)

Məqalədə : Fuad Abbasov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4584

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3126

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2496

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2065
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 19:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru