Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
15:20
576
Azərbaycana 8 baş bizon gətirilib - RƏSMİ

"Azərbaycana 8 baş bizon gətirilib və bu ayın sonunda onların sayı 20-yə çatacaq".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bizonlar Şahdağ Milli Parkının İsmayıllı rayonunun ərazisində bir müddət volyer şəraitində saxlandıqdan sonra vəhşi təbiətə buraxılacaq.

Nazirlik rəsmisi xatırladıb ki, İDEA İctimai Birliyi ilə birgə nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması sahəsində aparılan işlər bu gün də davam edir: "Mayın 20-də nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərdən olan bizonların ölkəmizə introduksiyası ilə bağlı tədbir olub. Sevindiricidir ki, tarixən bizim ölkəmizin ərazisində məskunlaşan bizonlar yenidən ölkə təbiətinə qaytarılıb. Məlumdur ki, Azərbaycanda bizonlar ilk insanların yaşadığı qədim dövrlərdən olub. Qobustan qayalarının üstündə vəhşi bizonların cizgilərinin əks olunması da bunun göstəricisidir. Tarixçilər bizonlarla bağlı öz salnamələrində qeyd edir ki, Azərbaycan xanları vəhşi bizonları ovlayırdılar. Bu səbəbdən onların ölkə təbiətinə qaytarılması bizim tarixi irsimizin daha bir elementinin bərpası anlamına gəlir".

Məqalədə : Bizon 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1439

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
410

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
160

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1159

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
950

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2295

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
997
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 05:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru